Deputat köməkçisinə-Qarabağ Qazisinə baş çəkdi-ŞƏHİD AİLƏLƏRİ VƏ ŞƏHİD MƏZARLARINI ZİYARƏT ETDİ… – FOTOLAR

Köməkçim Zamiq Mənsimli Qələbəmizdə şəxsən payı olan şanslı soydaşlarımızdandır. Zamiqi seçki prosesində tanımışam, savadlı, peşəkar, ən əsası isə dövlətçiliyə canı-qanı ilə bağlı bir gənc olduğu üçün birlikdə işləməyi təklif etmişəm. Çalışdığımız müddətdə də həmişə mən də, seçicilər də onun fəaliyyətindən razı qalmışıq. İkinci Vətən Müharibəsi başlayandan zabit kimi könüllü olaraq cəbhəyə yola düşən Zamiq müharibənin son günlərinə qədər şərəfli döyüş yolu keçmiş, Xocavənd istiqamətdə döyüşlərdə böyük rəşadət göstərmiş, düşmənə sarsıdıcı zərbələr endirərkən özü də yaralanmışdır.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Bəhruz Məhərrəmov deyib.

Bildirib ki, bu gün Qazi Zamiq Mənsimlini evlərində ziyarət edib, səhhəti də, əhvalı da əladır.

“Hamınıza salamları var, tam bərpa olunaraq işğaldan qurtulmuş torpaqlarımızda missiyasını davam etməyə can atır. Səninlə qürur duyuram Zamiq!”-deyən millət vəkili eyni zamanda qeyd edib ki, bu gün Biləsuvar rayonunun Əsgərabad kəndindən olan şəhid Rüstəmli Kənan Yalçın oğlu və Aşağı Cürəli kəndindən olan şəhid Məmmədov Sadiq Sahib oğlunun şəhadətə qovuşmalarının qırxıncı günü münasibəti ilə onların ailələrinə baş çəkib, habelə şəhid atasının təşəbbüsü ilə Kənanın məzarı üzərində təşkil edilən anım mərasiminə qatılıb.

“Həmçinin digər şəhidimiz, Biləsuvar şəhərindən olan Qədirli İsmayıl Elçin oğlunun evinə baş çəkdim. Valideynləri ilə söhbət etdikcə igidlərimizin necə zəhmətkeş və vətənə sadiqliyi ilə seçilən ailədə böyümələrinin şəxsən şahidi oldum.Əziz şəhid ailələri, qarşınızda baş əyir, hər birimizin Sizə bir can borcu olduğumuzu bildirirəm”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

“Bu, onların haqqıdır…”- ELDƏNİZ SƏLİMOV – DEPUTATLAR ÖLKƏ PREZİDENTİNİN BUGÜNKÜ 3 SƏRƏNCAMINI YÜKSƏK VƏ MÜSBƏT QİYMƏTLƏNDİRDİLƏR…

Read Next

Ərdoğanın Azərbaycana səfəri-BAŞLADI – İLHAM ƏLİYEVLƏ ƏRDOĞAN BİRGƏ ŞAM ETDİLƏR – FOTOLAR – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir