Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Sankt-Peterburq 2020-ci ildə Avropa çempionatının açılış oyununun bu şəhərdə keçirilməsinə iddia edir.
Etikxeber.az xəbər verir ki, Rusiya Federasiyasının Baş nazirinin müavini Vitali Mutkonun sözlərinə görə, Rusiya Futbol İttifaqı (RFİ) artıq bu barədə UEFA-ya ərizə ilə müraciət edib. O deyib: “Biz ərizə verib (“Avro-2020”nin açılış oyununun keçirilməsinə) Peterburqu təklif etdik. Biz bütün şəraiti yaratmağa hazırıq. Peterburq azarkeşləri buna layiqdirlər. Stadion fantastikdir, onu çox tənqid ediblər, lakin indi dünyanın ən yaxşılarından biridir”.
2020-ci ildə tarixdə ilk dəfə olaraq Avropa çempionatının oyunları 13 şəhərdə keçiriləcək. Oyunlar Sankt-Peterburq (Rusiya), Bakı (Azərbaycan), Buxarest (Rumıniya), Budapeşt (Macarıstan), Münxen (Almaniya), Brüssel (Belçika), Amsterdam (Niderland), Kopenhagen (Danimarka), Roma (İtaliya), Bilbao (İspaniya), Dublin (İrlandiya), London (İngiltərə) və Qlazqoda (Şotlandiya) təşkil ediləcək.
2017-ci ilin yanvarında Sankt-Peterburqda keçirilən təntənəli mərasimdə şəhərin loqotipi futbol üzrə Avropa çempionatının oyunlarının ev sahibi kimi təqdim edilib. Açılışda UEFA-nın prezidenti Aleksander Çeferin, RFİ-nin başçısı Vitali Mutko, Sankt-Peterburqun qubernatoru Georgi Poltavçenko, həmçinin sovet futbolunun veteranları iştirak ediblər.
Saray körpüsü loqotipin bir hissəsi seçilib. Sankt-Peterburqda qrup turnirinin üç oyunu və “Avro-2020”nin dörddəbir finalı keçiriləcək. Oyunları bu il Krestov adasında tikilən stadion qəbul edəcək.
Etikxeber.az