Bu şəhər “Avro-2020”nin açılış oyununun onda keçirilməsinə iddia edir…

Sankt-Peterburq 2020-ci ildə Avropa çempionatının açılış oyununun bu şəhərdə keçirilməsinə iddia edir.

Etikxeber.az xəbər verir ki, Rusiya Federasiyasının Baş nazirinin müavini Vitali Mutkonun sözlərinə görə, Rusiya Futbol İttifaqı (RFİ) artıq bu barədə UEFA-ya ərizə ilə müraciət edib. O deyib: “Biz ərizə verib (“Avro-2020”nin açılış oyununun keçirilməsinə) Peterburqu təklif etdik. Biz bütün şəraiti yaratmağa hazırıq. Peterburq azarkeşləri buna layiqdirlər. Stadion fantastikdir, onu çox tənqid ediblər, lakin indi dünyanın ən yaxşılarından biridir”.

2020-ci ildə tarixdə ilk dəfə olaraq Avropa çempionatının oyunları 13 şəhərdə keçiriləcək. Oyunlar Sankt-Peterburq (Rusiya), Bakı (Azərbaycan), Buxarest (Rumıniya), Budapeşt (Macarıstan), Münxen (Almaniya), Brüssel (Belçika), Amsterdam (Niderland), Kopenhagen (Danimarka), Roma (İtaliya), Bilbao (İspaniya), Dublin (İrlandiya), London (İngiltərə) və Qlazqoda (Şotlandiya) təşkil ediləcək.

2017-ci ilin yanvarında Sankt-Peterburqda keçirilən təntənəli mərasimdə şəhərin loqotipi futbol üzrə Avropa çempionatının oyunlarının ev sahibi kimi təqdim edilib. Açılışda UEFA-nın prezidenti Aleksander Çeferin, RFİ-nin başçısı Vitali Mutko, Sankt-Peterburqun qubernatoru Georgi Poltavçenko, həmçinin sovet futbolunun veteranları iştirak ediblər.

Saray körpüsü loqotipin bir hissəsi seçilib. Sankt-Peterburqda qrup turnirinin üç oyunu və “Avro-2020”nin dörddəbir finalı keçiriləcək. Oyunları bu il Krestov adasında tikilən stadion qəbul edəcək.

Etikxeber.az

Read Previous

“Bir müddət idi ki, yadıma bir qrup düşürdü…” – AYDIN MİRZƏZADƏ YAZIR

Read Next

Dünya çempionatında Azərbaycanın iki karateçisi finala yüksəlib – İSPANİYADA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir