“Bunlar kollaborasionistlərdilər…”-DEPUTAT

Bu gün biz zərər vermək və can almaq potensialı torpaqlarımızı işğal altında saxlayanlardan qat-qat güclü olan COVİD-19 adlı gözəgörünməz bir düşmənlə savaşdayıq. Elə bir düşmənlə ki, gücünü cəmiyyətin özündən, daha dəqiqi oradakı intizamsızlıqdan, vicdansızlıqdan, məsuliyyətsizlikdən,vecsizlikdən və avamlıqdan alır. Bunu anlamayan, yaranmış reallığın diqtə etdiyi qaydalar çərçivəsində davranmaq istəməyənlər- fərq etməz məmurdur, sahibkardır, ya adi vətəndaş savaş terminiylə deməli olsaq, kollaborasionistlərdilər.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Sahib Alıyev deyib.

“Tibb işçilərimiz isə mənə 2016-ci ilin aprel döyüşlərindəki xüsusi təyinatlılarımızı xatırladlrlar. Necə o zaman onlar heç nədən çəkinmədən cəsarətlə düşmənin üzərinə gedərək torpaqlarımızı qarış-qarış azad edirdilərsə, bu gün də tibb işçilərimiz eyni davranış sərgiləyirlər. Onlar virusla savaşa atılaraq qarşısnı kəsməyə, yoluxdurduqlarını adam-adam qurtarmağa çalışırlar. Qurtarırlar da.Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevanın vurğuladığı kimi biz tibb işçilərimizin timsalında doğrudan da “xalqımızın cəsarət və şəfqət, məsuliyyət və insansevərlik, səmimiyyət və qarşılıqlı yardım kimi ən gözəl xüsusiyyətlərinin təzahürünü görürük”. Mən də öz sağlıqları hesabına bizim sağlamlığımızın keşiyində duran bütün soydaşlarımıza sayğı və sevgimi çatrırır, Birinci vitse-prezidentimizə qoşularaq “Tanrı sizi qorusun!”-deyirəm”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

43 yeni koronavirus infeksiyasına yoluxma faktı-QEYDƏ ALINDI…

Read Next

“Ailələr ərzaqla, dərmanlarla təmin olunmalı, nəğd pul verilməli, kommunal ödənişlər, bank faizləri ləğv, orta və xırda biznes sahələri ən azı ilin sonunadək vergilərdən azad edilməlidir”- MÜSAVAT PATİYASI BELƏ HESAB EDİR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir