“Cərimələrin məbləği hələ tam dəqiqləşməyib, bununla bağlı layihə hazırda Milli Məclsdədir” – İBRAHİM MƏMMƏDOV 190 MANAT MƏSƏLƏSİNƏ DƏ MÜNASİBƏT BİLDİRDİ – YENİLƏNİB – (3)

İctimai-iaşə müəssisələrində, ictimai nəqliyyatda, qapalı yerlərdə karantin rejiminə nəzarət, maskalardan istifadə və sosial məsafənin qorunmasına nəzarət ciddi olacaq.

Etikxeber.az məlumat verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

 İ. Məmmədov deyib ki, Nazirlər Kabineti bununla bağlı müvafiq qərar qəbul edib.

Onun sözlərinə görə, hansısa rayonda koronavirus ocağı aşkarlanarsa, o rayonun qapadılması və xüsusi karantin rejiminin tətbiqi mümkündür:

“Bu məsələyə selektiv yanaşılacaq”.

Sonra “İctimai-iaşə müəssisələrində, qapalı yerlərdə, ictimai nəqliyyatda tənəffüs üzvlərini qoruyan maskalardan istifadə, sosial məsafənin qorunması məcburidir“-deyən İ. Məmmədov qeyd edib ki, yumşalmalar olduqca tələblər də sərtləşəcək:

“Cərimələrin məbləği hələ tam dəqiqləşməyib, bununla bağlı layihə hazırda Milli Məclsdədir”.  

***

“Gələn həftədən uçuşlar ölkə daxilində bərpa edilə bilər”-deyə, qeyd edən İ. Məmmədovun sözlərinə görə, bununla bağlı xüsusi qaydalar müəyyənləşdiriləcək, həmin aydalar təyyarəyə giriş və çıxışda tətbiq ediləcək.

Daha sonra “Beynəlxalq uçuşların bərpası tək Azərbaycandan asılı deyil”-deyən İ. Məmmədov bildirib ki, Azərbaycana giriş və çıxışla bağlı məhdudiyyət 15 iyuna qədər uzadılıb:

“Əgər beynəlxalq uçuşlar bərpa olunacaqsa, bizim başqa ölkələrdən koronavirusla bağlı testdən keçmə ilə bağlı sənədləri qarşılıqlı tanıma mexanizmi olmalıdır. Yəni Azərbaycanda karantindən keçən şəxsin Türkiyədə karantindən keçməyə ehtiyac olmasın. Başqa ölkələrdən Azərbaycana qayıdışla bağlı bu mühüm məqamdır. Mayın 27-də Moskvadan 124 nəfər çarter reysi ilə Azərbaycana gətirilib”.

18:20

***

“Ötən həftə, 17-24 mayda 848 nəfər koronavirusa yoluxub. Daha öncəki həftədə 755, ondan əvvəlki həftədə isə 587 yoluxma faktı aşkarlanıb. Bu həftə isə 867 yoluxma faktı qeydə alınıb”. 

Bunu isə mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlı deyib ki, məhdudiyyətlərin tətbiq olunduğu aprelin əvvəlində yoluxmanın azalması, 27 aprel və 4 may tarixlərində məhdudiyyətlərin ilkin aradan qaldırılması ilə yoluxmanın artması müşahidə olunub.

18:23

***

“Məhdudiyyətlər aradan qalxdıqca koronavirusa yoluxma artır”– R. Bayramlı sonra bildirib ki, karantin rejimi dövründə tibb müəssisələri hazırlanıb, pandemiyanın ölkə ərazisində yayılması məhdudlaşdırılıb: “Ancaq məhdudiyyətlər götürüləndən sonra vətəndaşlarımızın qaydalara riayət etməməsi ilə yoluxma artır”.

TƏBİB İdarə Heyətinin sədri qeyd edib ki, daimi karantin rejimində qalmaq mümkün deyil, qaydalara riayət etməliyik:

“Biz karantin rejiminin sərt rejimindən çıxdıqda qaydalara riayət etməyi özümüzə aşılamalıyıq”.

18:26

***

“Aprel və may aylarında 190 manat birdəfəlik ödləmə olub”.

Bunu öz növbəsində İ. Məmmədov bildirib.

İ. Məmmədov deyib ki, karantin rejimi daha yarım ay uzadıldığı üçün bu məsələ Operativ Qərargahda müzakirə oluna bilər.

Etikxeber.az

Read Previous

230 yeni yoluxma faktı qeydə alındı-DAHA İKİ NƏFƏR DÜNYASINI DƏYİŞDİ…

Read Next

“Azərbaycana münasibətdə onların ədalət tərəzisinin gözü kordur”-JALƏ ƏLİYEVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir