Cəlilabad rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan-APREL DÖYÜŞLƏRİNİN İŞTİRAKÇISI, SUBAY AYXAN CƏMALƏDDİN OĞLU CƏFƏROVUN BU GÜN ƏBƏDİYYƏTƏ UĞURLANDIĞI GÜNDÜR…

Bu gün Cəlilabad rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Ayxan Cəmaləddin oğlu Cəfərovun Anım Günüdür.

Onun Əbədiyyətə uğurlanmasından üç il keçir.

Etikxeber.az xəbər verir ki, Ayxan Cəfərov 1996-cı ilin 6 sentyabr tarixində Cəlilabad rayonunun Üçtəpə kəndində, sadə bir ailədə dünyaya gəlib.

Ailənin iki övladından biri olub.

2003-2014-cü illərdə orta məktəbdə oxuyub.

2015-ci ildə həqiqi hərbi xidmətə, Vətənin keşiyinə yollanıb…

Əsgərlik dövründə 2016-cı il Aprel döyüşlərinin iştirakçılarından olub.

Əsgərliyini başa vurduqdan sonra evinə-ailəsinə dönüb…

Və bir Vətən sevdalısı kimi İkinci Vətən Müharibəsində iştirak edib…

Cəbrayıl, Füzuli Zəngilan istiqamətlərində döyüşlərdə iştirak edib…

Və oktyabr ayının 15-də, müharibənin 19-cu günündə qəhrəmancasına Şəhidlik məqamına ucalıb…

Nəşi iki gün sonra, oktyabrın 17-də Üçtəpə kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən sonra üç medalla təltif olunub…

O, həm də subay olub…

Məqamı uca, məkanı uca, ruhu şad olsun!

Ruhu qarşısında baş əyirik!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

İkinci Vətən Müharibəsi və 12-13 sentyabr 2022-ci il döyüşlərinin iştirakçısı, ali təhsilli, Leytenant, iki qız övladı Vətənə əmanət qalan-SAMUXLU 20 SENTYABR 2023-CÜ İL ŞƏHİDİ FİZULİ BƏHRUZ OĞLU MƏMMƏDOV – FOTOLAR

Read Next

Tək dayısı Birinci Qarabağ Savaşı, özü isə İkinci Vətən Müharibəsi Şəhidi olan-AİLƏNİN TƏK VƏ SUBAY ÖVLADI, ANASI TƏRƏFİNDƏN TƏKBAŞINA BÖYÜDÜLƏN EMİL ƏMİROV – BU GÜN ONUN ANIM GÜNÜDÜR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir