Tək dayısı Birinci Qarabağ Savaşı, özü isə İkinci Vətən Müharibəsi Şəhidi olan-AİLƏNİN TƏK VƏ SUBAY ÖVLADI, ANASI TƏRƏFİNDƏN TƏKBAŞINA BÖYÜDÜLƏN EMİL ƏMİROV – BU GÜN ONUN ANIM GÜNÜDÜR…

Bu gün Mingəçevir şəhərinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Emil Zaman oğlu Əmirovun Anım Günüdür.

Emil Əmirovun Əbədiyyətə uğurlanmasından iki il keçir.

Etikxeber.az xəbər verir ki, Emil Əmirov 2000-ci ilin dekabr ayının 9-da Mingəçevir şəhərində dünyaya gəlib.

Evin tək oğlan övladı olub və anası tərəfindən təkbaşına böyüdülüb.

İkinci Vətən Müharibəsində MAXE kimi iştirak edib və oktyabr 15-də Şəhidlik məqamına ucalıb.

Ancaq nəşi 2 gün sonra, 17 oktyabr tarixində Mingəçevir şəhər Şəhidlər Xiyabanında dəfn edilib.

Şəhidliyindən sonra medallarla və bir ordenlə təltif olunub.

O, həm də subay olub.

Qeyd edək ki, Emil Əmirovun tək dayısı da Şəhiddir.

Dayısı, üç bacının tək qardaşı ola  Müzəffər İmanov 1992-ci ildə, 1-ci Qarabağ Şavaşında iştirak edib və avqustun 9-da Ağdərə istiqamətində ağır döyüşlər zamanı qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Müzəffər İmanov da Mingəçevir şəhər Şəhidlər Xiyabanında dəf olunub.

Onu da qeyd edək ki, Mingəçevirdəki küçələrdən birinə Emil Əmirovun adı verilib.

Məkanı cənnətlik olsun!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Cəlilabad rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan-APREL DÖYÜŞLƏRİNİN İŞTİRAKÇISI, SUBAY AYXAN CƏMALƏDDİN OĞLU CƏFƏROVUN BU GÜN ƏBƏDİYYƏTƏ UĞURLANDIĞI GÜNDÜR…

Read Next

“Hesab edirdilər ki, biz antiterror tədbirlərini apararkən heç kimdən soruşmamışıq. Yəni, biz kimdən soruşmalıyıq?! Nəyi soruşmalıyıq?! Bəziləri indi deyirlər ki, biz beynəlxalq ictimaiyyəti aldatmışıq. Bu da qəribədir ki, bir qrup ölkə özünü beynəlxalq ictimaiyyət sayır. Axı, beynəlxalq ictimaiyyət deyəndə, 200-dən çox ölkə var, 20-30 ölkə beynəlxalq ictimaiyyət sayıla bilməz…”-İLHAM ƏLİYEV – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir