Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bəxtiyar Əliyev: Təhsilin dövlət standartları ilə bağlı ayrıca qanuna ehtiyac var
Dərsliklər bütün hallarda uşaqların psixi duruma, intellektual səviyyəsinə uyğun şəkildə hazırlanmalıdır.
Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin (MM) Elm və təhsil komitəsinin iclasında komitə sədrinin müavini, professor Bəxtiyar Əliyev bildirib.
B. Əliyev öncə bildirib ki, ölkədə ali təhsilin yeni dövlət standartlarının tətbiqi nəzərdə tutulur:
“Odur ki, gələcəkdə təhsilin dövlət standartları ilə bağlı, ümumiyyətlə, ayrıca qanuna ehtiyac var. Təbii ki, bu, başqa müzakirənin predmetidir, amma belə hesab edirəm ki, həm yeni standartlar, həm də yeni və ayrıca qanun lazımdır”.
Dərsliklərin tərtib edilməsinə toxunan B. Əliyev bildirib ki, qanun layihəsində bununla bağlı yeni müddəa nəzərdə tutulmalıdır:
“Çünki dərsliklərlə bağlı həm cəmiyyətdə, həm mediada tez-tez müzakirələr gedir. Bəzən də insanlar yanlış səmtə yönəldilir. Həm valideynlər, həm uşaqlar, həm də müəllimlər çaş-baş vəziyyətdə qalır. Dərsliklər bütün hallarda uşaqların psixi durumuna, intellektual səviyyəsinə uyğun şəkildə hazırlanmalıdır”.
Millət vəkili Şəmsəddin Hacıyev də həmkarı bildirib ki, qanun layihəsində dərsliklərlə bağlı ayrıca müddəa olmalıdır:
“Bu, çox vacibdir”.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az