Daha 325 yeni yoluxma-DAHA 5 ÖLÜM…

Azərbaycan Respublikasında koronavirus infeksiyasına 325 yeni yoluxma faktı qeydə alınıb, 101 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Etikxeber.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1954, 1955, 1956, 1973 və 1978-ci il təvəllüdlü 5 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 6260 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3665 nəfər müalicə olunaraq sağalıb, 76 nəfər vəfat edib, 2519 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 61 nəfərin vəziyyəti ağır, 78 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 315.527 test aparılıb.

Etikxeber.az

Read Previous

46 gündən az olmayan məzuniyyət verilən işçilərə müharibə veteranlarının da aid edilməsi-TƏKLİF OLUNUR

Read Next

“Həftəsonu küçəyə çıxmanın tam qadağan olunması barədə müraciətimiz qəbul olunub”- RAMİN BAYRAMLI – İMTAHANLARIN VAXTI DƏYİŞDİRİLƏ, MƏHDUDİYYƏTLƏR KİV-LƏRƏ DƏ ŞAMİL OLUNA BİLƏR… – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir