Daha bir müxalifətçi-İLQAR MƏMMƏDOV PA-NIN RƏSMİSİ İLƏ GÖRÜŞDÜ…

Prezident Administrasiyasının (PA) nümayəndəsi və REAL Partiyasının sədri İlqar Məmmədov arasında görüş keçirilib.

Etikxeber.az-ın məlumatına görə, bu barədə İlqar Məmmədov özü bildirib.

Onun sözlərinə görə, görüş PA-da deyil, “Respublika” qonaq evinin konfrans zalında keçirilib:

“Bu gün Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin dəvəti ilə REAL sədri olaraq görüşdüm, söhbət etdik. Hakimiyyət və müxalifət arasında siyasi dialoq və əməkdaşlığın vacibliyini söhbət zamanı qarşılıqlı olaraq bildirdik. Daha çox tanışlıq görüşü idi, bəzi perspektiv mövzulara sadəcə toxunduq. Ümid edək ki, bundan sonra müntəzəm ünsiyyət və əməkdaşlıq siyasi rəqabətin tərkibində layiqli yer alacaq”.

Xatırladaq ki, fevralın 27-də PA-da Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynlə də görüş keçirilib.

Etikxeber.az

Read Previous

Türkiyə Ordusu daha bir şəhid verdi, iki əsgər yaralandı- Şəhidlərin sayı 34-ə, yaralıların sayı 33-ə yüksəldi- TSQ ƏSƏD ORDUSUNA AĞIR ZƏRBƏLƏR ENDİRİR – (11)

Read Next

“Karantinə götürülmüş şəxslər və onların yaxınları bəzi hallarda ictimai qaydaları kobudcasına pozur” – OPERATİV QƏRARGAHDAN ETİRAZ – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir