Deputat daha bir videoqəbul-KEÇİRDİ

Bu gün Milli Məclisdə təmsil etdiyim Abşeron və Qobustan rayonları üzrə müraciətlər əsasında keçirilən videoqəbulda 15 vətəndaş iştirak etdi.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Şahin Seyidzadə deyib.

Qeyd edib ki, Abşeron rayonu (Ceyranbatan, Hökməli və Saray qəsəbələri və Novxanı kəndi) və Qobustan rayonundan (Çuxanlı, Nabur, Şıxzahırlı, Təsi və Xilmilli kəndləri) infrastruktur, kommunal idmətlər, sosial müavinət, idman, hüquq, əmlak və ictimai birlik məsələləri üzrə daxil olan müraciətlər əsasında sakinlərimizin qəbulu həyata keçirildi.

“İlkin olaraq müraciətlər əsasında ətraflı fikir formalaşdırılması üçün suallar verildikdən sonra növbəti addımların təyin edilməsi ilə bağlı danışıqlar aparıldı. Qeyd edim ki, xüsusi karantin rejiminin şərtlərini nəzərə alaraq videoqəbullar onlayn formada keçirilməyə davam edəcək”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

“Prezident neftin qiymətinin düşməsini “toy-bayram” edən bəzi dırnaqarası siyasətçilərə sərt şillə vurmuş oldu…”-VİTSE-SPİKER

Read Next

526 yeni yoluxma-DAHA 8 ÖLÜM…-OPERATİV QƏRARGAHDA NÖVBƏTİ MƏTBUAT KONFRANSI – TƏBİB RƏSMİSİ “BİRİNCİ SİLAH”DAN DANIŞDI – YENİDƏN 190 MANAT MƏSƏLƏSİNƏ TOXUNULDU – SƏHİYYƏ NAZİRİNDƏN XƏBƏR VAR – YENİLƏNİB – (6)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir