Deputatlar banklara səsləndi: “PANDEMİYA ŞƏRAİTİNDƏ TƏQAÜDÇÜLƏRƏ DƏSTƏK OLUN”

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin online iclası keçirildi. İclasda ölkədə fəaliyyət göstərən banklara çağırış etdik.

Etikxeber.az xəbər verir ki, bunu adıçəkilən komitənin üzvü Elnur Allahverdiyev deyib.

“Təqaüdlərin verilməsi zamanıdır. Pandemiya şəraitində təqaüdçülərimizə dəstək olun. Yaşlı vətəndaşlarımızın təqaüdlərini almalarını asanlaşdırın. Təqaüdlərin ödənilməsi prosesinə bütün banklar qoşulsun və təqaüdçülər üçün nağdlaşdırma faizsiz olsun! Həmrəyliyimiz naminə bir-birimizə dəstək olaq!”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

MM-in daha 4 komitəsi onlayn iclas keçirib-ZAHİROVUN MƏRUZƏSİ DİNLƏNİLİB – “QİDA TƏHLÜKƏSİZLİYİ HAQQINDA” QANUN LAYİHƏSİ İSƏ HƏLƏLİK PARLAMENTƏ DAXİL OLMAYIB – YENİLƏNİB – (2)

Read Next

MM-in növbəti-beşinci iclası – NƏ VAXT KEÇİRİLƏCƏK?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir