“Dilucu”da 40 nəfər gömrük işçisi saxlanılıdı…

Türkiyə ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasındakı Dilucu Gömrük Məntəqəsində Türkiyə polisi tərəfindən keçirilən əməliyyat nəticəsində 40-a yaxın insan saxlanılıb.

Etikxeber.az Türkiyə mediasına istinadən xəbər verir ki, həmin şəxslər rüşvətxorluqla və qaçaqmalçılıqla məşğul olduqları üçün saxlanılıblar.

İğdır Polis İdarəsinin Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Bölməsi tərəfindən keçirilən əməliyyat nəticəsində həmçinin Dilicu Gömrük Məntəqəsində çalışan işçilərin yaşadıqları mənzillər də aranıb.

Nəticədə də sənədləşmələrdə saxtakarlıq, rüşvət və qaçaqmalçılıq kimi cinayətlərlə məşğul olduqları müəyyənləşdirilən 40 gömrük işçisi gözaltına alınıb.

Etikxeber.az

 

Read Previous

GÜNƏŞİ SOVURANLAR – Zahid Orucun yazısı

Read Next

Yıldırım Əliyevlə görüşəcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir