DTX bu dəfə Əbülfəs Qarayevin “nazirliyi”ndə-ƏMƏLİYYATA BAŞLADI – KİMLƏR SAXLANILDI? – YENİLƏNİB

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəsmi saytı Mədəniyyət Nazirliyinin vəzifəli şəxsləri ilə bağlı keçirilən əməliyyata dair məlumat yayıb.

Etikxeber.az-ın DTX-nin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran coxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı adıçəkilən Xidmət tərəfindən əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Bildirilib ki, aparılan araşdırmalar, cinayət törətməkdə şübhəli bilinən şəxslər və törədilmiş cinayət əməlləri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

***

DTX-nın bu gün Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı saxlanılanların bəzilərinin adları məlum olub.

Etikxeber.az-ın “Qafqazinfo”-ya istinadən məlumatına görə, yoxlama və əməliyyat-istintaq tədbirləri yekunlaşdıqdan sonra bir neçə şəxs saxlanılaraq DTX-yə aparılıb.

Onların sırasında nazirliyin Mədəniyyət baş idarəsinin rəisi Cəlil Məlikov, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov və mətbuat katibi İntiqam Hümbətov də var. Nazirin müavini Rafiq Bayramov və Zakir Sultanovun evində də axtarışlar aparılıb. Z.Sultanov həm də tikinti sahəsini kurasiya edirmiş.

R.Bayramovun musiqi məktəbləri rəhbərlərindən rüşvət tələb etmək şübhəsi ilə saxlanıldığı deyilir.

Əməliyyat zamanı nazir Ə. Qarayev də nazirlikdə olub.

Etikxeber.az

Read Previous

MM-in iclası başladı-SAHİBƏ QAFAROVA VƏ ŞUŞALI QIZ ŞUŞANIN İŞĞALINDAN DANIŞDI – YENİLƏNİB – (4)

Read Next

“Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyən və qəbul edən istənilən fikir, xüsusən iki dövlət arasında imzalanmış beynəlxalq sazişlər Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına ağır zərbədir”-ƏLİ HÜSEYNLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir