“Dünya çempionatı gəlir, özümü çempion görürəm” – FESTİVALIN QIZIL MEDALÇISI

XV Avropa Gənclər Yay Olimpiya Festivalında qızıl medal qazandığım üçün çox sevincliyəm. Rəqiblərim arasında ən çətini həlledici görüşdə qarşılaşdığım gürcüstanlı Nikolozi Santeladze idi. Ötən ay İtaliyada yeniyetmə güləşçilər arasında keçirilən Avropa çempionatında həmin idmançıya məğlub olaraq gümüş medal qazanmışdım. Bu dəfə isə doğma divarlar arasında rəqibimi məğlub edərək çempion oldum. Qarşıdan dünya çempionatı gəlir. Həmin mötəbər yarışda da özümü çempion görürəm.

fest-18

Etikxeber.az  xəbər verir ki, bu sözləri XV Avropa Gənclər Yay Olimpiya Festivalında sərbəst güləş üzrə 45 kiloqram çəki dərəcəsində qızıl medal qazanan Azərbaycan güləşçisi Murad Haqverdiyev deyib.

Güləşçimiz qələbə sevincini bütün Azərbaycanla bölüşdüyünü qeyd edib.

O, qələbəsində pay sahibi olan valideynlərinə, məşqçilərinə və onu dəstəkləyən hər kəsə minnətdarlığını bildirib.

Etikxeber.az

Read Previous

Prezidentlə birinci vitse-prezident “Gənclər Yay Olimpiya Festivalı”nda – FOTOLAR – YENİLƏNİB

Read Next

“Taleyin işi imiş…” – HEYDƏR ƏLİYEVİN AZƏRBAYCANA-NAXÇIVANA QAYIDIŞI – 29 İL KEÇİR – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir