“Durdurun və cəzalandırın!” – EKS-DEPUTAT NARAHATLIĞINI İFADƏ ETDİ

SMS-lə icazə məsələsini qəti surətdə düzgün hesab etməsəm də, karantin qaydalarının sərtləşdirilməsini tam dəstəkləyirəm, özüm və ailəm uzun müddətdir ki, ən ciddi özünütəcrid tədbirləri almışıq. Ancaq görünən odur ki, hökumət bu məsələdə də insanların damarına basır. Ac, susuz, çörəksiz qalmış milyonlarla insana yardim, hətta kommunal, internet, telefon və bank ödəmələrində heç bir güzəşt edilməməsi bir dərd, hələ üstəlik sosial şəbəkələrdə vətəndaşları heç bir əsas olmadan cərimə ilə hədələnməsi və rüşvət qarşılığında bundan canını qurtarması ilə bağlı məlumatlara rast gəlirik.

Etikxeber.az xəbər verir ki, bunu sabiq deputat Gültəkin Hacıbəyli deyib.

“Hüquq-mühafizə orqanları bu faktları araşdırmalı və təsdiqlənərsə, qarşısını ən sərt şəkildə almalıdır! Onsuz da maddi sıxıntılar içində yalqız buraxdığınız insanların səbrini bu yolla da sınağa çəkməyin! Bütün dünya ölkələri öz vətəndaşlarına pulsuz maska və əlcək payladığı halda bu aşağı yolla cibini doldurub dövləti rüsvay edən, millətin onsuz da gərilmiş sinirlərini tarıma çəkən şəxsləri durdurun və cəzalandırın!”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

İNSANLARI XİLAS ETMƏK LAZIM, YOXSA, İQTİSADİYYATI?-MM-in komitə sədri yazdı

Read Next

“Görərsiniz, evimizə şəhid kimi qayıdacağam!” deyirmiş…”- ŞƏHİD İBRAHİM VƏLİYEVİN ÖLÜMÜNDƏN 40 GÜN KEÇDİ, MİLLƏT VƏKİLİ ONUN İGİDLİYİNDƏN SÖZ AÇDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir