Fəzail Ağamalı “Xilaskar” ordeninin təsis, ölkə Prezidentinin bu ordenlə təltif olunmasını-MƏLAHƏT İBRAHİMQIZI İSƏ ALİ BAŞ KOMANDANA “ORDU MARŞALI” RÜTBƏSİNİN VERİLMƏSİNİ TƏKLİF ETDİ

Biz Prezident İlham Əliyevin orden və medallarla bağlı addımı Milli Məclis tərəfindən dəstəkləyirik.

Etikxeber.az-ın məlumatına görə, bunu Milli Məclisin (MM) bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı deyib.

O, bildirib ki, böyük igidlik göstərən hərbçilərimiz orden və medallarla təltif olunacaq:

“Bəs niyə cənab Prezidentin təltif edilməsi məsələsini müzakirə etməyək? “Xilaskar” ordeni təsis edilməli, Ali Baş Komandan İlham Əliyev bu ordenlə təltif edilməlidir”.

Deputat Məlahət İbrahimqızı da Fəzail Ağamalının təklifini dəstəklədiyini deyib:

“Eyni zamanda, dünyada Vətən müharibəsindən qalib çıxmış dövlətlərin və xalqların tarixi ilə bağlı araşdırma aparmışam. Dünyanın bəzi ölkələrində vətən müharibəsinin qalib liderinə Ordu Marşalı rütbəsi verilib. Bu gün möhtərəm, Müzəffər Ali Baş Komandanımız Milli Ordumuzla dünya hərb tarixinə qızıl hərflərlə zəfər səhifələri yazdı. Təklif edirəm ki, Ali Baş Komandanımıza da ali dövlət mükafatı ilə bərabər, ən yüksək hərbi rütbə – Ordu Marşalı rütbəsi verilsin”. 

Deputat Siyavuş Novruz isə təklif edib ki, orden və medallarla bağlı layihəyə bir cümlə əlavə edilsin ki, “Vətən Qəhrəmanı” adı və Ordeni ilk olaraq ölkə Prezidentinə təqdim edilsin”. 

Sədr Sahibə Qafarova isə bildirib ki, bunlar çox mühüm təkliflərdir.

“Bu, ayrı bir iclasın, yaxud, tədbirin mövzusudur”-deyə, o, əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Quçşubaba” “Baharlı”, “Tsakuri” “Hünərli” adlandırılacaq-QANUN LAYİHƏLƏRİ BİR OXUNUŞDA QƏBUL OLUNDU

Read Next

Erməni təcavüzü nəticəsində cəbhədən kənarda həlak olmuş şəxslər-ŞƏHİD SAYILIR – RƏSMİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir