FIFA, UNESCO və BMT əməkdaşlıq müqaviləsi imzaladı…

İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu çərçivəsində FIFA prezidenti Canni İnfantino, UNESCO-nun baş direktoru Odri Azulay və BMT-nin Ümumdünya Ərzaq Proqramının icraçı direktoru Devid Bizli hər üç qurum arasında əməkdaşlığın inkişafına dair müqavilə imzalayıblar.

Etikxeber.az FIFA-nın saytına istinadla xəbər verir ki, əməkdaşlığın məqsədi uşaqların idmana marağının artırılması, onların inkişafı üçün əlverişli şəraitin yaradılması, futbolun təhsil proqramlarına daxil edilməsidir.

Əməkdaşlıq, həmçinin ali futbol qurumunun FIFA 2.0 strateji planı çərçivəsində “Gələcəyə baxış” proqramının hazırlanması, həyata keçirilməsi və inkişafına kömək edəcək.

Əməkdaşlıq çərçivəsində FIFA-ya üzv olan 211 ölkədə müəllimlərin məlumatlandırılması üçün onlayn platformaların yaradılması nəzərdə tutulur.

Etikxeber.az

Read Previous

“Bandotdel” Şəmkir polisi ilə birgə əməliyyat keçirdi – FOTOLAR

Read Next

Daşqın və torpaq sürüşməsi azı 70 can alıdı…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir