Gəncə – Göygöl yolu yenidən qurulacaq

2017-ci ildə Gəncədə icra olunacaq böyük infrastruktur layihələrindən biri kimi, Göygöl yolunun yenidən qurulmasına başlanılacaq.

Etikxeber.az xəbər verir ki, bu barədə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev 44 nömrəli məktəbin əsaslı təmir və yenidənqurmadan sonra açılış mərasimində şəhər ictimaiyyəti ilə görüşündə məlumat verib.

İcra hakimiyyətinin başçısı bildirib ki, Göygöl Azərbaycanın əvəzsiz sərvəti, turistlərin sevimli istirahət məkanıdır:

“Son illər Gəncəyə gələn çoxsaylı yerli və xarici qonaqların ilin bütün fəsillərində təbiətin bu füsunkar guşəsinə rahat şəkildə gedib zövq almaları üçün şəhərdən Göygölədək olan yol yenidən qurulacaq”.

Etikxeber.az

 

Read Previous

Tramp Təhlükəsizlik Şurasının İsrailə dair qətnaməsini belə şərh etdi: “Pisdir…”

Read Next

“Tikintiə istifadə ediləcək materialların 80-90 faizi Azərbaycan istehsalı olacaq “- Prezident

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir