“Vaxt var idi ki, Azərbaycanı tanımırdılar, Azərbaycana borc vermək istəmirdilər, borc verəndə də çox ağır şərtlər irəli sürürdülər…”-ZİYAD SƏMƏDZADƏDƏN AZƏRBAYCANIN DÜNƏNİNƏ VƏ BUGÜNÜNƏ BAXIŞ

Taleyimdən çox razıyam ki, son 50 ildə Azərbaycan iqtisadiyyatının ən incə problemləri ilə məşğul olmuşam. Hələ ötən əsrin 70-ci illərinin əvvəllərində bir elmlər doktoru kimi Ulu öndər Heydər Əliyevin qəbulunda olmuşam və Azərbaycan iqtisadiyyatı barədə düşüncələrimi bölüşdürmüşəm. Hesab edirəm ki, Heydər Əliyev dünya liderləri içərisində əbədiyaşar bir nüfuz qazanıb. Çünki hələ sovet dönəmində Azərbaycan iqtisadiyyatının çiçəklənməsinə nail olub. Azərbaycanı dünyaya tanıdıb. Geridə qalmış, inkişaf göstəricilərinə görə, keçmiş mütəffiq respublikalar içərisində son dərəcə aşağı bir vəziyyətdə olan Azərbaycan dünyanın dinamik və keyfiyyətli inkişaf edən ölkələrindən birinə çevrilib.

Etikxeber.az-ın xəbərinə görə, bunları millət vəkili, akademik Ziyad Səmədzadə yerli telekanallardan birinin canlı bağlantısı zamanı deyib.

O, qeyd edib ki, hələ sovetlər dönəmində H. Əliyev bütün Sovet İttifaqına sübut etdi ki, Azərbaycan müstəqil yaşaya bilər.

Z. Səmədzadə sonra bunları qeyd edib:

“1980-ci ildə bilavasitə onun tapşırığı ilə Azərbaycanın milli gəlirinin istifadəsi və istehsalı ilə əlaqədar olaraq araşdırmalar aparıldı. Bu araşdırmaların nəticəsini Heydər Əliyev o zaman Mərkəzi Komitənin plenumunda ifadə etdi. Göstərdi ki, Azərbaycan istehsal etdiyindən az istehlak edir. Yəni, milli gəlirimiz kifayət qədər var. Bu, bizim iqtisadi müstəqilliyimiz üçün əsas şərtlərdən biridir, lakin SSRİ Dövlət Plan Komitəsi, Maliyyə Nazirliyi və digər strukturların Azərbaycana qeyri-səmimi münasibəti nəticəsində biz belə bir vəziyyətdə qalmışıq. Ona görə Heydər Əliyev Azərbaycan müstəqillik əldə etdikdən sonr bütün potensial imkanlarını reallaşdırdı.

Bu gün Azərbaycan cəmiyyətinin bütün inkişaf istiqamətləri barədə xoş sözlər deyilir. Amma bütün bunların kökündə Ulu öndərin bir kəlamı dayanır: “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”. Bəli, əgər bizim iqtisadi potensialımız olmasaydı, əgər Heydər Əliyev inkişaf strategiyasını seçməsəydi, “Əsrin müqaviləsi”ni imzalamasaydı, dünyanın aparıcı şirkətlərini Azərbaycana gətirməsəydi, Neft Fondu yaradılmasaydı bugünkü müstəqilliyimiz olmayacaqdı.

Ona görə Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən mühüm tarixi nailiyyətlərindən biri ondan ibarətdir ki, Ulu öndər Azərbaycanın bir müstəqil dövlət kimi formalaşması, onun maddi-maliyyə bazasının yaradılması üçün titanik fəaliyyət göstərib. Baxın görün, 1994-cü ildə Azərbaycan iqtisadiyyatı keçmiş respublikalar içərisində ən sürətlə aşağı düşən bir iqtisadiyyat idi. Azərbaycan iqtisadiyyatında böhran halları var idi. Biz borc almaq istəyirdik. Əhalinin vəziyyəti ağır idi. Yoxsulluq səviyyəsi 70-80 faiz idi. Amma Heydər Əliyev düşünülmüş siyasət nəticəsində dünyanın bütün aparıcı şirkətlərinin marağını Azərbaycana çəkdi. Və bu marağı Azərbaycana çəkməklə, Azərbaycanı beynəlxalq aləmdə sülhsevər bir dövlət kimi tanıtdı.

Baxın görün, 1994-cü ildə “Əsrin müqaviləsi” imzalanandan sonra bu müqaviləyə zərrə qədər də bir düzəliş edilməyib. Nə üçün? Çünki Heydər Əliyev çox düşündü, elə etdi ki, Azərbaycanın bütün milli maraqları “Əsrin müqaviləsi”ndə nəzərə alınsın. Bu gün Azərbaycan qloballaşan dünyanın ən irimiqyaslı layihələrində iştirak edir.

1998-ci ildə Heydər Əliyev Bakı sammitini-konfransını keçirdi. Dünyanın 33 ölkəsinin rəhbərlərini, dünyanın aparıcı beynəlxalq təşkilatlarını Azərbaycana cəlb etdi. Qədim və Yeni İpək Yolunun bərpası ilə əlaqədar olaraq çox möhtəşəm bir konfrans keçirdi. Və orada qeyd etdi ki, dünyada çox konfranslar olub, Azərbaycanda da olub, Sovetlər İttifaqında da olub, amma bu konfransın əhəmiyyəti hələ uzun illər, əsrlər boyu davam edəcək. Nə üçün? Çünki Qədim və Yeni İpək Yolunun bərpası Azərbaycan üçün daimi kapitaldır, daimi siyasi mövqedir, daimi gəlir mənbəyidir, iqtisadi təhlükəsizliyimizin təminatı üçün ən böyük vasitədir

Heydər Əliyevin bir dövlət başçısı kimi, Azərbaycan xalqı qarşısında xidmətlərindən çox danışmaq olar, amma əsas məsələ ondan ibarətdir, yəni, Ulu öndər də tövsiyə edilrdi ki, biz müstəqil siyasət yeritməliyik. Çox sevindiricidir ki, bu gün cənab Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir və hər dəfə deyir ki, bizim bu nailiyyətlərin kökündə dayanan Heydər Əliyev siyasətidir, bu nailiyyətlərin kökündə dayan bizim apardığımız müstəqil iqtisadi siyasətdir.

Bu gün Azərbaycan borc alan ölkədən borc verən ölkəyə çevrilib. Bu gün Azərbaycan beynəlxalq təşkilatlarla, maliyyə qurumları ilə çox prinsipial mövqe tutaraq danışır. Prinsipial mövqe də ilk növbədə millətin, xalqın maraqlarıdır. Dünyanı bürüyən koronavirus pandemiyası şəraitində baxın görün Azərbaycan hansı uğurlara nail olub. Nəyin hesabınadır bunlar? Bunlar hamısı Azərbaycan dövlətinin qurucusu, Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi strategiyanın qlobal çağırışlara uyğun olaraq davam etdirilməsinin nəticəsidir.

Baxın, qısa zaman kəsiyində dünyanın 120 ölkəsini özündə birləşdirən Qoşulmama Hərəkatının hökumət və dövlət başçılarının iştirakı ilə möhtəşəm tədbir-videokonfrans formatında Zirvə görüşü keçirildi. Türk dünyası, Türk Dövlətləri Əməkdaşlıq Şurası ölkələri ilə tədbir-Zirvə görüşü keçirildi. İslam ölkələrinin başçıları ilə tədbirlər keçirildi. Amma vaxt var idi ki, Azərbaycanı tanımırdılar, Azərbaycana borc vermək istəmirdilər, borc verəndə də çox ağır şərtlər irəli sürürdülər.

Baxı görün, Azərbaycan bu gün beynəlxalq təşkilatlarla tam bərabərhüquqlu əməkdaşlıq edir. Ona görə belə hesab edirəm ki, Heydər Əliyevin qurduğu dövlət yaşayacaq. Çünki bunun kökündə düşünülmüş mövqe var, bunun kökündə milli maraqların qorunması var, bunun kökündə dünyanın bütün ölkələri və təşkilatları ilə, səmimi, sağlam əməkdaşlıq münasibətlər var…”.

23:59, 10 may

21: 45, 11 may

Etikxeber.az

Read Previous

Kissingerin həyəcan təbili və post-Covid dünya düzəni-SÜBHAN PADARSOYUN YAZISI

Read Next

“Yeni islahatlar” erasına start verilib-ŞAHİN SEYİDZADƏ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir