“Hər zaman bu sahə diqqət mərkəzində olub, bu gün də belədir” – DEPUTAT

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların strateji hədəfləri sırasında qeyri-neft sektorunun inkişafı, regionların davamlı və tarazlı inkişafının təmin edilməsi ilə yanaşı, sosialyönümlü siyasətin prioritetliyinin qorunub saxlanılması mühüm yer tutur.

Etikxeber.az xəbər verir ki, bu fikri Milli Məclisin (MM) Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib.

“Son illər respublikamızda əhalinin etibarlı sosial müdafiəsinin, habelə vətəndaşların yüksək rifah halının təmini istiqamətində həyata keçirilən ardıcıl tədbirlər, imzalanan fərman və sərəncamlar insanların həyat səviyyəsinin daha da yüksəldilməsi istiqamətində mühüm rol oynayıb. Bu baxımdan, sosial qayğıya daha çox ehtiyacı olan aztəminatlı ailələrin, xüsusilə şəhid ailələrinin, Qarabağ müharibəsi veteranlarının, o cümlədən məcburi köçkünlərin qarşılaşdıqları əsas problemlərin həlli, onların həyat tərzinin yaxşılaşdırılması istiqamətində reallaşdırılan layihələr də xüsusi önəm kəsb edir”-deyən millət vəkilinin sözlərinə görə, bütün bunlar barədə iyulun 31-də Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə daha ətraflı məlumat verildi.

musa-teze

“Dövlətimizin başçısı dedi ki, biz əlavə gəlirlərimizin, demək olar, tam həcmini sosial sahəyə yönəldirik. Çünki sosial sahə bizim üçün prioritet sahədir və hər zaman bu sahə diqqət mərkəzində olub, bu gün də belədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin firavanlığı və çiçəklənməsi, dünya siyasi arenasında nüfuzunun və mövqeyinin möhkəmləndirilməsi istiqamətində məntiqli daxili və xarici siyasəti verilən vədlərə sadiqliyin nümunəsidir. Dövlətimizin başçısının “Mən hər bir azərbaycanlının Prezidenti olacağam!” vədi özünü bütün sahələrdə doğruldur”-deyə, M.Quliyev vurğulayıb.

Etikxeber.az

Read Previous

Bu qitənin ən bahalı futbolçuları – SİYAHI

Read Next

ABŞ-da qanlı şənbə – 20 NƏFƏR QƏTLƏ YETİRİLDİ – YENİLƏNİB – (1) – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir