Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
6-cı çağırış Milli Məclisin (MM) növbəti-5-ci iclasında hökumətin növbəti illik hesabatı dinləniləcək.
Etikxeber.az-ın xəbərinə görə, hesabatı Baş nazir Əli Əsədov aprelin 7-də millət vəkilləri qarşısında təqim edəcək və bu, onun hökumət başçısı kimi ilk hesabatı olacaq.
O da məlumdur ki, koronavirus pandemiyasına və mövcud karantin şərtlərinə görə, yaşı 65-i keçən millət vəkilləri və hökumət üzvləri iclasa qatıla bilməzlər.
Onu da qeyd edək ki, MM-in sonuncu-4-cü iclasında 65 yaşdan yuxarı olan 20-dən çox deputat iclasa qatılmamış və iclasda iştirak edən millət vəkilləri isə bir-birindən iki metr aralı məsafədə əyləşmişdilər.
Eyni zamanda, deputatların böyük əksəriyyəti iclasa tibbi maskalarda gəlmişdilər.
Bu baxımdan, hökumətin hesabatında da həm millət vəkilləri, həm hökumət üzvləri bir-birindən ən azı iki metr aralı məsafədə əyləşəcəkl və tibbi maskalardan istifadə edəcəklər.
Bəs hansı millət vəkilləri və hökumət üzvlərindən (nazirlərdən, komitə sədrlərindən, ASC, QSC prezidentlərindən…) kimlər iclasa qatılmaya bilərlər?
Hökumət üzvlərindən:
1.Yaqub Eyyubov-Baş nazirin birinci müavini
2..Əli Əhmədov-Baş nazirin müavini,
3. Oqtay Şirəliyev-səhiyyə naziri
4. Mübariz Qurbanlı-Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri
5. Əhməd Əhmədzadə-Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri
6. Elman Rüstəmov-Mərkəzi Bankın sədri…
Millət vəkillərindən:
1.Fəttah Heydərov,
2. Ziyad Səmədzadə,
3.Eldar İbrahimov,
4.Hacı Madər Musayev,
5.Tahir Rzayev,
6.Vahid Əhmədov,
7.Fəzail Ağamalı,
8.Aqiyə Naxçıvanlı,
9.Əhliman Əmiraslanov,
10.Aqil Abbas,
11.Oqtay Əsədov,
12.İsa Həbibbəyli,
13.Rafael Hüseynov,
14.Fəzail İbrahimli-(vitse-spiker),
15.Sabir Rüstəmxanlı,
16. Eldar Quliyev,
17.Elman Məmmədov,
18.Əli Məsimli,
19.Asim Mollazadə,
20. Rasim Musabəyov,
21. Səttar Möhbalıyev,
22.Cavanşir Paşazadə,
23. Bəxtiyar Sadıqov,
24.Mixail Zabelin
15:23, 3 aprel
***
Son məlumata görə, MM-in iclasının vaxtı dəyişdirilib.
MM-in beşinci iclası və hökumətin hesabatı aprelin 9-da olacaq.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az