Haqqı yeyilə-yeyilə gedən dünyaca məşhur pəhləvanımız Gənclər və idman nazirinə səsləndi: “SİZİNLƏ GÖRÜŞƏ BİLSƏYDİK, PROBLEMİMİZİ SÖYLƏYƏR, DƏRDİMİZİ DEYƏRDİK”

Dünya şöhrətli Azərbaycan pəhləvanı, doqquzqat dünya rekordçusu Laçın Əli oğlu Abdulhüseynov hələ də məmur biganəliyi, məmur laqeydliyi, məmur məsuliyyətsizliyi üz-üzədir.

Qubalı məşhur pəvləvanlar ailəsindən olan və Azərbaycanı onun hüdudlarından çox-çox uzaqlarda layiqncə təmsil edən, tanıdan, Azərbaycan bayrağını ən məşhur, ən yüksək salonlarda, səhnələrdə, kürsülərdə dalğalandıran Vətən sevdalısı Laçın Abdulhüseynov hələ də normal bir işlə təmin olunmayıb.

Dəfələrlə keçmiş Mədəniyyət və turizm, eləcə də İdman və gənclər nazirlərinə müraciətlər etsə də, bütün müraciətləri havadan asılı qalıb, qulaqardına vurulub, ən yaxşı halda isə “ənənəvi” vədlərlə yola verilib.

Dünyaca məşhur pəhləvanımızın Haqqı tapdalana-tapdalana, Haqqı yeyilə-yeyilə gedib.

Hətta bir sıra xarici ölkələrdə qalıb işləmək və yaşamaq təklifləri alsa da, heç birini qəbul etməyib, Vətənində qalmağı, yaşamağı, burada fəaliyyət göstərməyi, öz ardıcıllarını yetişdirməyi hər şeydən üstün tutub.

Amma və lakin…

Ötən illər ərzində nə mədəniyyət, nə də idman sahəsi ilə bağlı dünyaca məşhur pəhləvanımıza bir iş verilib…

Adi bir iş belə çox görülüb Vətənini, Bayrağını canından çox sevən Laçın Abdulhüseynova…

Artıq gördüyü haqsızlıqlara, ədalətsizliklərə, laqeyd və ögey münasibəti dözməyən, səssiz qalmayan pəhləvanımız öz şəxsi Fb sosial şəbəkə hesabından etirazını bəyan edib.

O, “Şəraitsizlik ucbatından idman məşqlərinə cətinlik cəkən mən Lacın, bu gün xəbər tuturam ki, Gənclər və idman naziri Qubaya gəlib-gedib…Olmazdımı ki, “idmansevər” məmurlar bu barədə xəbərdar edəydilər?! Vallah, yarımadım mən bunlardan!!! Hörmətli cənab nazir, problemləri bilmək, çatdırmaq üçün sizinlə görüşə bilsəydik, dərdimizi deyərdik. Sizlə görüşənlərin əksəriyyəti özlərinə sərf edən və öyrədilən vətəndaşlardır. Dünyanın bir çox ölkəsi bizi tanıdı-hörmətli cənab nazirimiz, amma bizi hələ də tanımadı bəzi işini, vəzifəsini layiqincə yerinə yetirə bilməyən-aidiyyatı vəzifə sahibləri.Onların üzündən çox təssüf edirəm!”-deyə, bildirib.

Pəhləvanımız Yerdən-Göyəcən haqlıdır etirazında, üsyanında…

Və artıq Onun etirazı dinlənilməli, üsyanı nəzərə alınmalı, səsi duyulmalı və konkret addımlar atılmalıdır.

Azərbaycanı nəsillikcə, ailəlikcə dünyada tanıdan Abdulhüseynovlara, o cümlədən Laçın Abdulhüseynova qarşı haqsız, ədalətsiz, laqeyd, biganə münasibətə artıq son qoyulmalıdır.

Dünya şöhrətli, Vətənsevər pəhvləvanımız nəhayət, normal işlə, iş yeri ilə təmin olunmalıdır.

Bu, onun Haqqıdır və Haqqını da almalıdır!

Burada artıq bəhanəyə, sözə, vədə yer olmamalıdır və yoxdur!

https://www.facebook.com/messenger_media?attachment_id=6483152411703930&message_id=mid.%24cAAAAAPZl9F6N24OFrmHqj4Li9cRt&thread_id=100007057265762

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Ermənistanın təxribatı nəticəsində Şuşa ərazisində mina partlayışı zamanı-ÜÇ HƏRBÇİMİZ XƏSARƏT ALDI – FOTOLAR – YENİLƏNİB

Read Next

Ermənistandan Azərbaycana hərbi təyinatlı yüklərin daxil olması müşahidə edilib-MN – VİDEO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir