Hicran Hüseynova: “Ailə Strategiyası artıq hazırdır”

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən işlənilmiş Ailə Strategiyası artıq hazırdır.

Etikxeber.az-ın məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Milli Məclisin (MM) Avropa Parlament Forumu ilə birgə keçirdiyi, ana və uşaq ölümləri mövzusuna həsr olunan dəyirmi masada çıxış edərkən deyib.

Onun sözlərinə görə, bu strategiyada ailənin, qadınların sağlamlığı kimi məsələlər əhatə olunub.

H.Hüseynova əlavə edib ki, bu gün Azərbaycanda ailənin, onun hər bir üzvünün hüquqlarının müdafiəsi sahəsində ən güclü qanunvericlik bazası formalaşdırılıb: “Biz bir çox məsələlərdə mjüxtəlif təcrübələri öyrənirk. Amma bizə də çox müraciətlər edilir ki, Azərbaycanın təcrübəsi bir çox ölkələrdə öyrənilsin. Bizə hətta beynəlxalq təşkilatlar da müraciət edirlər ki, onların nümayəndələri Azərbaycana gələrək təcrübəmizi öyrənsinlər. Ən vacibi odur ki, icra strukturları, qanunvericilik qolları, məhkəmə sistemi arasında çox güclü əməkdaşlıq qurulsun. Bizim də gücümüz ondadır ki, Azərbaycanda bu 3 struktur bir-biri ilə çox yaxşı əməkdaşlıq edir. Çünki qanun nə qədər mükəmməl hazırlansa da, o, işlək olmazsa, heç bir faydası olmayacaq”.

Etikxeber.az

Read Previous

Kitaroviç: “Siyasi əlaqələr çox yaxşıdır, lakin…”

Read Next

Eldar Sabiroğludan vəkillə bağlı Baş Prokurorluğa sərt təpki

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir


Warning: Unknown: write failed: No space left on device (28) in Unknown on line 0

Warning: Unknown: Failed to write session data (files). Please verify that the current setting of session.save_path is correct (/tmp) in Unknown on line 0