“İcaze.e-gov.az”-da ilk gündə 11 min 986 qurumun 158 min 170 əməkdaşının icazəsi təsdiqlənib-RƏSMİ

Əməkdaşlar üçün icazənin alınmasına görə dövlət və özəl təşkilatlar tərəfindən icaze.e-gov.az portalı üzərindən müraciətlərin ilk günü arxada qaldı.

Etikxeber.az xəbər verir ki, bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev deyib.

“Proses bu gün, 3 aprel saat 10:00-da başladı. İlk gündə 11 min 986 qurumun 158 min 170 əməkdaşının icazəsi təsdiqləndi. “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi”ni Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi Daxili İşlər Nazirliyi ilə birgə ərsəyə gətirib”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

“Sahibə xanımın Milli Məclisin sədri seçilməsi məni çox sevindirdi, onun kübarlığı, təmkini, biliyi, peşəkarlığı spiker kimi bütün tələblərə cavab verir…”-RƏBİYYƏT ASLANOVA “SÜKUTU” POZDU…

Read Next

“Nizaminin “Leyli və Məcnun” ilə Füzulinin eyni adlı əsərlərinin üslub və ideya fərqlərini Getenin baxış bucağından daha dəqiq anlamaq mümkündür…”-FAZİL MUSTAFA YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir