Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Ölkə başçısının həyata keçridiyi uzaqgörən siyasət qlobal iqtisadi böhranı Azərbaycandan ən azı 10 il uzaq tutdu.
Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Jalə Əliyeva Milli Məclisdə (MM) çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycan da dünyanın bir parçası olaraq, bu böhrandan yan keçməyib.
“Ancaq ölkə başçısının rəhbərliyi ilə bu böhrandan çıxış yolu istiqamətində tədbirlər planı həyata keçriməkdədir və biz bu çətin durumdan çıxarılmasında ölkə başçısının yanındayıq”.
Bununla belə millət vəkili bildirib ki, həllini gözləyən məsələlər də var:
“Bunlardan biri ölkə başçısının əhalinin aztəminatlı təbəqəsinin mənzillə təmin olunması istiqamətində sosial evlərin tikilməsi barədə verdiyi sərəncamdır. Bu sərəncamı ölkə başçısının əhalinin aztəminatlı təbəqəsinə göstərdiyi diqqətin nəticəsi kimi dəyərləndirilməlidir. Ancaq bununla belə, ölkə başçısının bu sərəncamının ləngiməməsi üçün müvafiq icra strurkturları laqeydlik göstərməməlidir və məsələyə diqqətlə yanaşıb, sosial evlərin tikintisi prosesini sürətlə davam etdirməlidirlər”.
Millət vəkili eyni zamanda, icbari tibbi sığortanın ən qısa müddətdə bütün ölkə ərazisində tətbiqini təklif edib.
Sonra məişət zorakılığı ilə bağlı problemə diqqəti çəkən millət vəkili bildirib ki, bunun əsas qurbanları qadın və uşaqlar olur:
“Qadınların getməyə yeri olmadığından məsələ pis sonluqla nəticələnir. Ona görə də məiştə zorakılığına qarşı tədbirlər planı davam etdirilməlidir. Hesab edirəm ki, bu məqsədlə qadın mərkəzləri yaradılmalıdır. Yəni, məişət zorakılığına məruz qalan qadınları bu mərkəzlərdə yerləşdirmək mümkün olsun”.
Millət vəkili həmçinin, ölkədə nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi ilə bağlı reallaşdırılan layihələrlə yanaşı, yeni layihələrin həyata keçirilməsini hökumətə təklif edib.
Etikxeber.az