Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Ermənistan-Azərbaycan münaqişənin həllində Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması məsələsinin arxa plana atılaraq möhtəkirlik obyektinə çevrildiyindən, insidentlərin araşdırılması mexanizmi rəsmi Bakı üçün hədəf deyil.
Etikxeber.az xəbər verir ki, bunu XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev son günlər insidentlərin araşdırılması mexanizmi ilə əlaqədar Ermənistan xarici işlər naziri və digər rəsmi şəxslərin müxtəlif təhrifedici bəyanatlarına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, münaqişənin həlli prosesinin ən vacib hissəsi olan Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması məsələsi Ermənistan tərəfindən qəsdən arxa plana atılır, insidentlərin araşdırılması kimi texniki və köməkçi addım ön plana çəkilir və siyasi möhtəkirlik obyektinə çevrilir: “Tamamilə aydındır ki, Ermənistan bu mexanizm adı altında Azərbaycan ərazilərinin işğalını möhkəmləndirməyə və ATƏT-in Minsk qrupunun həmsədrlərinin prezidentlər səviyyəsində verdikləri bəyanatlarda qəbuledilməz və qeyri-davamlı hesab etdikləri status-kvonu saxlamağa çalışır”.
XİN rəsmisi deyib ki, insidentlərin araşdırılması mexanizmi hədəf deyil, münaqişənin həllinə xidmət edə biləcək köməkçi vasitələrdən biridir: “Həqiqətən ilk növbədə ondan başlamalıyıq ki, insidentlər nəyə görə baş verir? Artıq məsələ ilə bağlı Azərbaycan prezidentinin Münhen Təhlükəsizlik Konfransındakı çıxışı var . Sual ondan ibarətdir ki, işğal olunmuş Azərbaycan ərazilərində Ermənistan əsgərlərinin nə işi var? Erməni əsgərinin Ağdamda nə işi var? Əgər o ölmək istəmirsə, onda qoy Ağdama getməsin, olduğu yerdə qalsın, Yerevanda, Gümrüdə, öz ölkəsində qalsın”.
O, əlavə edib ki, Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarıldıqdan sonra insidentlər baş verməz, heç onların araşdırılmasına da ehtiyac qalmaz:
“Biz dəfələrlə bildirmişik ki, Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması prosesinin tərkib hissəsi kimi insidentlərin araşdırılması mexanizmini də nəzərdən keçirməyə hazırıq”.
Etikxeber.az