İki övladı Vətən əmanət qalan, ailənin iki övladından biri olan-İÇƏRİŞƏHƏRLİ FƏRİD PİRƏLİ OĞLU ƏLİYEVİN CƏNNƏTDƏKİ ÜÇÜNCÜ DOĞUM GÜNÜDÜR, BU GÜN ONUN 29 YAŞI TAMAM OLUR…

Bakı şəhərinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Fərid Pirəli oğlu Əliyevin doğum günüdür.

Fərid Əliyevin bu gün 29 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki üçüncü doğum günü, mövlududur.

Etikxeber.az-ın xəbərinə görə, əslən Xızılı olan Fərid Əliyev 1994-cü ilin avqustun 14-də Bakı şəhərində, İçərişəhərdə sadə bir ailədə dünyaya gəlib…

Ailədə iki övlad, bir bacı-bir qardaş olublar…

Orta məktəbi bitirdikdən bir müddət sonra, 2014-2016-ci illərdə Daşkəsən istiqamətində hərbi hissələrdən birində qulluq edib, Azərbaycanın Fəxri olan Milli Qəhrəman Polad Həşimovun əsgərlərindən olub…

Əsgərlikdən qayıtdıqdan sonra müxtəlif sahələrdə çalışıb, 2018-ci ildə də ailə həyatı qurub…

2019-cu ilin noyabrın 13-də ilk övladı-Muradı dünyaya gəlib…

İkinci övladı-Fəridə isə atasının Şəhidliyindən iki ay sonra, 2021-ci ilin yanvar ayında dünyaya göz açıb…

İkinci Vətən Müharibəsindən bir neçə gün əvvəl isə səfərbərliyə çağırılıb, sentyabrın 29-dan da döyüşlərdə olub, Cəbrayıl (Xudafərin), Qubadlı  Şuşa istiqamətlərində döyüşüb…

Axırıncı dəfə ailəsi, yaxınları ilə noyabrın 5-i və 6-da danışıb…

5-ində atası, 6-da isə dostu ilə əlaqə saxlayıb…

Və noyabrın 6-da da Şuşa uğrunda döyüşlərdə qəhrəmancasına Şəhidlik Zirvəsinə yüksəlib…

Şəhidliyi xəbəri düz bir həftə sonra, noyabrın 13-də təsdiqlənib, bu haqda ailəsinə xəbər verilib, noyabrın 14-də isə Badamdar qəbiristanlığındakı Şəhidlər məzarlığında Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən sonra medallarla və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub…

Cənnətdəki üçüncü doğum günü ilə bağlı bu gün səhər saatlarlnda Şəhidin məzarı ziyarət olunacaq…

Məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar oxunacaq, qısa çıxışlar ediləcək.

Məkanı cənnətlik, Cənnətdəki üçüncü doğum günü mübarək olsun!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub-MN

Read Next

Ordumuzun Sədərək və Kəlbəcərdəki mövqeləri atəşə tutulub-MN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir