Ordumuzun Sədərək və Kəlbəcərdəki mövqeləri atəşə tutulub-MN

Avqustun 13-də saat 22:45-dən avqustun 14-ü saat 07:05-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca və Dəvəli rayonunun Arazdəyən yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Mollabayramlı və Sədərək rayonunun Heydərabad yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Müdafiə Nazirliyindən (MN) Etikxeber.az-a bildirilib ki, bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb.

Etikxeber.az

Read Previous

İki övladı Vətən əmanət qalan, ailənin iki övladından biri olan-İÇƏRİŞƏHƏRLİ FƏRİD PİRƏLİ OĞLU ƏLİYEVİN CƏNNƏTDƏKİ ÜÇÜNCÜ DOĞUM GÜNÜDÜR, BU GÜN ONUN 29 YAŞI TAMAM OLUR…

Read Next

“Vətən sağ olsun!” layihəsinin təşəbbüsü ilə-BAKI ŞƏHƏRİNDƏ ŞƏHİDLƏRİMİZİN XATİRƏSİNƏ EHSAN MƏRASİMİ DÜZƏNLƏNDİ… – FOTOLAR – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir