İkinci Vətən Müharibəsinin 1 oktyabr Şəhidləri: İki bacının tək qardaşı, Xüsusi Təyinatlı, “Qarabağ” ordenli Tural Abdullayev, anası tərəfindən təkbaşına böyüdülən-tək övlad, 3 medallı Ramal Məmmədov və ailənin 3 övladından biri, ali təhsilli Ziyadxan Əliyev-ŞƏHİDLİKLƏRİNİN İKİNCİ İLDÖNÜMÜNDƏ MƏZARLARI ZİYARƏT EDİLDİ, ANIM MƏRASİMLƏRİ KEÇİRİLDİ… – FOTOLAR – YENİLƏNİB – (1)

Bu gün İkinci Vətən Müharibəsi Şəhidlərindən daha bir neçəsinin Anım Günüdür.

İkinci Vətən Müharibəsi Şəhidlərindən Ramal Məmmədovun, Tural Şakir oğlu Abdullayevin və Ziyadxan İbrahim oğlu Əliyevin Şəhidliyinin, torpağa tapşırılmasının, Əbədiyyətə uğurlanmasının ikinci ildönümüdür.

Adları çəkilən Şəhidlərin və daha bir neçə İkinci Vətən Müharibəsi Şəhidinin bu gün ikinci ilidir.

Etikxeber.az xəbər verir ki, əslən Gəncəli olan Ramal Məmmədov 2000-ci il, əslən Laçın-Xocalılı olan Tural Abdullayev 1990-cı il, əslən Cəbrayıllı olan Ziyadxan Əliyev isə 1997-ci il təvəllüdlüdür.

Ramal Məmmədov 2000-ci ilin yanvarın 1-də Gəncə şəhərində, Ziyadxan Əliyev 1997-ci ilin yanvarın 12-də Kürdəmir rayonunun Carlı kəndində, Tural Abdullayev isə 1990-cı ilin 26 fevral tarixində Laçın rayonunun Əriklıi kəndində dünyaya gəlib.

Qeyd edək ki, Tural Abdullayevin doğum günü Xocalı soyqırımı günü ilə üst-üstə düşdüyünə görə sağlığında heç zaman qeyd edilməyib…

Ramal Məmmədov evin-ailənin tək övladı olub, körpə vaxtlarından anası, əslən Qarabağlı İlhamə xanım tərəfindən təkbaşına böyüdülüb…

Ziyadxan Əliyev ailənin 3 övladından biri, Tural Abdullayev isə evin tək oğlu, iki bacının tək qardaşı olub…

Ziyadxan Əliyev ali təhsilli, Tural Abdullayevlə Ramal Məmmədov isə orta təhsilli olub…

Tural Abdullayev peşəkar hərbçi-Xüsusi Təyinatlı, Ziyadxan Əliyev İkinci Vətən Müharibəsinin könüllü iştirakçısı, Ramal Məmmədov isə Azərbaycan Ordusunun Əsgəri idi…

Hər üçü də subay olublar…

Tural Abdullayev Kəlbəcər-Murovdağ istiqamətində, Ramal Məmmədov Füzuli istiqamətində, Ziyadxan Əliyev isə Ağdərə-Suqovuşan istiqamətində qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıblar…

Şəhidliklərindən sonra Ramal Məmmədo 3 medalla, Ziyadxan Əliyev 2 medalla, Tural Abdullayev isə iki medal və bir ordenlə-“Qarabağ” ordeni ilə təltif olunub…

Bakının Binə qəsəbəsində ailəsinin yaşadığı küçəyə Tural Abdullayevin adı verilib…

Tural Abdullayev Binə qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında, Ramal Məmmədov Lökbatan qəsəbə Şəhidlər Xiyabanında, Ziyadxan Əliyev isə Kürdəmir rayon Şəhidlər Xiyabanında dəfn edilib.

***

Bu gün səhər saatlarında hər üçün Şəhidin məzarları ziyarət olunub, məzarları üzərinə gül dəstələri düzülüb, əklillər qoyulub, ruhlarına dualar oxunub…

Eyni zamanda, məzarları önündə çıxışlar edilib, ailələrinə Allahdan səbr dözüm arzulanıb…

Adları çəkilən Şəhidlər də daxil olmaqla, cəmi Şəhidlərin İgidlik və Qəhrəmanlıqlarından, tarixi Qələbə və Zəfərimizdəki rollarından, xidmətlərindən, Vətən naminə fədakarlıqlarından danışılıb…

Şəhidlərimizlə Fəxr edildiyi, Qürur duyulduğu, onların heç zaman unudulmadığı və unudulmayacağı bildirilib…

Sonra Şəhidlərlə bağlı Lökbatan və Binə qəsəbələrində, eləcə də Kürdəmir rayonunda Anım mərasimləri düzənlənib, adlarına ehsan süfrələri açılıb…

Bir daha Şəhidlərin ruhlarına dualar oxunub…

Şəhidlərin məzarlarını ziyarətdə və Anım mərasimlərində ailə üzvləri, yaxınları, Şəhid ailələri, hərbçilər, Qazilər, müvafiq yerli İcra Hakimiyyətlərinin nümayəndələri, din xadimləri, millət vəkilləri və digər şəxslər iştirak ediblər.

Məqamları Uca, məkanları cənnətlik olsun!

Nur içində uyusunlar!

Xatirələri daim qəlbimizdə, qəlblərdə yaşayacaqlar!

11:59

***

FOTOLAR:

14:59

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Daha 92 yeni yoluxma-DAHA 2 ÖLÜM…

Read Next

Ailənin 3 övladından biri, bir övladı Vətənə əmanət qalmış, peşəkar hərbçi, “Azərbaycan Bayarağı” ordenli Ramiq Mikayılovun-ŞƏHİDLİYİNİN İKİNCİ İLİ BAĞLI “AZƏRKİTAB”-DA TƏDBİR DÜZƏNLƏNDİ…- FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir