İlham Əliyev Ağdamın Xındırıstan kəndi ərazisindəki “N” saylı hərbi hissədə oldu-YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 3-də Ağdamın Xındırıstan kəndi ərazisində yerləşən “N” saylı hərbi hissədə oldu.

Etikxeber.az xəbər verir ki, Müdafiə naziri, general-polkovnik Zakir Həsənov dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevə raport verdi.

Prezident İlham Əliyev hərbi hissədəki şəraitlə tanış oldu.

16:35

***

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevə raport verdilər.

Sonra Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Müdafiə Nazirliyinin rəhbərliyi ilə operativ müşavirə keçirdi.

Diqqətə çatdırıldı ki, dörd hektar ərazidə salınan hərbi hissənin tikintisi yüksək keyfiyyətlə həyata keçirilib. Qərargah binasında ideoloji otaq, brifinq, akt zalları və digər xidməti iş otaqları yerləşir. Burada 4 yataqxana binası da var. Yataqxana binalarının hamısında hərbçilər üçün hamam otaqları yaradılıb. Hamam-camaşırxana binası da bütün tələblərə tam cavab verir. Bundan əlavə, ərazidə stomatoloq, fizioterapiya, funksional diaqnostika, prosedur otaqlarının yerləşdiyi tibb məntəqəsi qurulub. Yeməkxana binasında hərbçilərin qidalanması üçün hər cür şərait yaradılıb. Fasiləsiz elektrik enerjisi ilə təmin olunan hərbi hissədə su təminatı üçün 180 metr dərinlikdə subartezian quyusu qazılıb. Ərazidə daimi təhlükəsizliyi təmin etmək məqsədilə 24 saat xidmət göstərən qarovul evi, döyüş hazırlığı qabiliyyətini təkmilləşdirmək məqsədi ilə daxilində döyüş hazırlığı üçün təlim meydançaları olan qarovul şəhərciyi də istifadəyə tam hazırdır.

Bundan əlavə, hərbi qulluqçuların ailələri üçün 48 xidməti mənzildən ibarət ikimərtəbəli 3 yaşayış binasının tikintisinə başlanıb. Hərbi hissənin ərazisi abadlaşdırılıb, yaşıllıq zolağı salınıb.

Etikxeber.az

Read Previous

“Həftəsonu küçəyə çıxmanın tam qadağan olunması barədə müraciətimiz qəbul olunub”- RAMİN BAYRAMLI – İMTAHANLARIN VAXTI DƏYİŞDİRİLƏ, MƏHDUDİYYƏTLƏR KİV-LƏRƏ DƏ ŞAMİL OLUNA BİLƏR… – YENİLƏNİB – (2)

Read Next

“Ermənistan terror dövlətidir”-Prezident – İlham Əliyev-TƏRTƏRDƏ AÇILIŞLARDA – FOTOLAR – YENİLƏNİB – (5)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir