“İndi mənim Nizami muzeyində hər gün qalxdığım pillələrlə…” – AKADEMİK 15 SENTYABR ZƏFƏRİNDƏN YAZDI

Rafael HÜSEYNOV: “İndi İSTİQLALİYYƏTdir! Və həmişə də belə qalsın!”

HƏR GÜN İSTİQLALIN QOYNUNDA

Bu şanlı günü mən yenə şərəfli ünvanda qarşılayıram.

Hər il sentyabrın 15-də biz bu unudulmaz və qətiyyən unudulmamalı günü burada iftixarla qeyd edirik.

Nizami muzeyi həftədə 7 gün işləyir.

Və mən hər gün bu ünvandayam, demək, hər gün Azərbaycan istiqlalı, onun ölməz qurucuları ilə birgəyəm, hər gün istiqlalın qoynundayam.

1918-ci ilin 15 sentyabrında Qafqaz İslam Ordusu və Azərbaycan Əsgərinin şücaəti ilə azad olunan Bakıda hökumətin bərqərar olduğu məkan bura idi.

Həmin gün Bakı paytaxt elan edilir və hökumətimiz Gəncədən Bakıya köçür.

O zaman indiki Nizami muzeyinin yerində Metropol mehmanxanası yerləşirdi.

Hotel Azərbaycan hökumətinin ixtiyarına verilir.

Qurucu babalarımız burada işləməyə və yaşamağa başlayırlar.

nizami muz

İndi mənim Nizami muzeyində hər gün qalxdığım pillələrlə 1918-ci ilin sabahlara sonsuz ümidlər və inamla dolu günlərində hər fün Məhəmmədəmin Rəsulzadə, Həsən bəy Ağayev, Fətəli xan Xoski, Nəsib bəy Yusifbəyli, Xudadat bəy Rəfibəyli… qalxırlarmış.

Bu gün bu ünvan İstiqlaliyyət küçəsində yerləşir.

Vaxtilə bu küçə Kommunist olub, Nikolayevski olub.

İndi İSTİQLALİYYƏTdir!

Və həmişə də belə qalsın!

İstiqlalımızı bizə bəxş edənlərə, onu canı və taleyi ilə qorumuşlara əbədi rəhmət və şərəflər!

Rafael HÜSEYNOV,

Millət vəkili

Etikxeber.az

Read Previous

“Türkiyə və Azərbaycan bundan sonra da bir olacaq” – ÖZORAL

Read Next

Aynalı tüfəng, mehmetciyin məktubu, altun medal… – ZÜLEYXA NADİR YAZIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir