İnformasiya manipulyasiyasına yol verənlərə də güzəşt olunmamalıdır… – VÜSALƏ MAHİRQIZI YAZDI

COVİD-19 infeksiyasının yaratdığı vəziyyətlə bağlı hökumətin pandemiya vəziyyəti yaranmadan xüsusi rejimin tətbiqinə başlanması təqdirəlayiqdir.

Nəzərə almalıyıq ki, bu infeksiya ilə mübarizədə hökumət önləyici tədbirlər ala bilər, virusun yayılmaması üçün öhdəsinə düşən işləri görə bilər.

Amma bu məsələdə əsas məsuliyyət cəmiyyətin üzərinə düşür.

Tətbiq olunmuş məhdudiyyətlərə əməl etməyib, bunun bağlı illa ki, rəsmi cəzalandırılmanı gözləmək lazım deyil.

Hamımıza aydındır ki, bu məhdudiyyətlərin tətbiqi yalnız bizim sağlamlığımız üçündür, hökumət, əksinə, bu qadağalarla itirir.

Ona görə də bu məsələ indiki halda milli həmrəylik məsələsidir.

Təhlükənin öhdəsindən yalnız qaydalara əməl etməyənləri özümüz qınamaqla, hər birimiz qaydaları pozanlara etiraz etməklə və özümüz də qaydalara əməl etməklə gələ bilərik.

Bu, əslində cəmiyyətin ictimai və sosial immunitetinin yoxlanması üçün də bir sınaqdır..

O ki qaldı bu məsələni lağlağıya çevirənlərə, cəmiyyətin həssaslığından istifadə edib müxtəlif şayiələr yayanlara, whattap səsləri göndərənlərə və “şok xəbər” yazanlara…

Məncə, belə məsələlərlə zarafat eləməyin doğru olmadığını, bunun yaratdığı fəsadları anlayacaq mərhələdəyik.

Çünki bizim cəmiyyət sosial media, ağıllı telefon və internet resurslarla bu gün tanış olmayıb.

Belə məqamlarda hökumət və cəmiyyət üçün prioritetlərdən biri də informasiya təhlükəsizliyinin təmin olunmasıdır.

Məncə, xəbər yayımı daha çox xəbər istehsalı ilə məşğul olan informasiya resursları vasitəsilə həyata keçirilməlidir ( Onsuz da belədir, bu həssaslıq daha da artırılmalıdır).

Bu məsələdə informasiya manipulyasiyasına yol verənlərə də güzəşt olunmamalıdır.

Vüsalə MAHİRQIZI,

Əməkdar jurnalist

Etikxeber.az

Read Previous

Valideyn himayəsindən məhrum olmuş tələbələrin magistratura xərclərini dövlət üzərinə götürür-KAMİLƏ ƏLİYEVA: “BU, İNSANPƏRVƏRLİYİN, YERİDİLƏN SİYASƏTİN GÖSTƏRİCİSİDİR”

Read Next

Koronavirus müəyyən edilmiş 3 nəfər xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalıb və evə buraxılıb – OPERATİV QƏRARGAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir