“İnsanlar koronavirusun doğurduğu iqtisadi, psixoloji çətinlikləri duyur, amma…”-MM-İN KOMİTƏ SƏDRİ NİKBİNDİR

İnsanlar koronavirusun doğurduğu iqtisadi, psixoloji çətinlikləri duyur, qiymətləndirir, ancaq imkan daxilində zəhmətdən çəkinmirlər.

Etikxeber.az-ın xəbərinə görə, bunu Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

O, qeyd edib ki, kənd əməkçiləri yaxşı barama yetişdirdilər. Taxıl yığımı uğurla davam edir.

“Pambıq sahələri keyfiyyətlə beçərilir. Kəndlərimizi gəzib pambıqçılarımızın işi ilə tanış olarkən bunun bir daha şahidi oldum. Zəhmət adamlarımıza uğurlar arzulayıram. Əlləri yorulmasın, ürəkləri təpərli, yolları uğurlu olsun”-deyə, komitə sədri əlavə edib.

Etikxeber.az

Read Previous

Koronavirusa yoluxan şair-DEPUTATA TƏŞƏKKÜR ETDİ…

Read Next

“Sosial müdafiəyə ehtiyacı olanlara nəzərdə tutulmuş 190 manat bir neçə də artırılmalı və daha çox insana verilməlidir”-İSA QƏMBƏR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir