“KamAZ” iki tələbəni vuraraq öldürdü – BAKIDA – VİDEO

Bakının Binəqədi rayonunda ağır yol qəzası baş verib.

Etikxeber.az-ın APA-ya istinadən məlumatına görə, avtoqəza daş bazarı yaxınlığında, “Dörd yol” deyilən ərazidə qeydə alınıb.

Hadisə yerinə cəlb olunmuş YPX müfəttişlərinin bildirdiyinə görə, “KamAZ” markalı yük maşını Biləcəri qəsəbəsi istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən tələbə qız və oğlanı vurub. Hər iki tələbə maşının altında qalaraq dünyasını dəyişib.

Hadisə ilə əlaqədar araşdırmalara başlanılıb. Yük maşınının sürücüsü saxlanılıb.

Etikxeber.az

Read Previous

“Bu, qadın namizədlərə göstərilən etimaddır” – YAP-ÇI DEPUTAT

Read Next

“Əndazədən çıxan toylarımız insanları sevindirmək əvəzinə…” – MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir