Kamilə Əliyeva-SEÇİCİLƏRİ ARASINDA -FOTOLAR

Fevral 9-da keçiriləcək parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 111 saylı Zaqatala-Balakən seçki dairəsi üzrə deputatlığa namizəd Kamilə Əliyeva seçicilərlə görüşlərini davam etdirir.

Etikxeber.az xəbər verir ki, Kamilə Əliyeva növbəti dəfə seçiciləri ilə fərdi şəkildə görüşüb.

Görüşlər zamanı deputatlığa namizəd Prezident İlham Əliyevin rəhbərliyi ilə son 17 il ərzində görülən işlər haqqında seçicilərə geniş məlumat verib, aparılan siyasətin nəticələrini seçicilərin nəzərinə çatdırıb.

Son illərdə ölkənin iqtisadi qüdrətinin artmasının, əhalinin sosial müdafiəsinin gücləndirilməsinin məhz ölkə Prezidentinin apardığı islahatlar nəticəsində mümkün olduğunu vurğulayıb.

O, eyni zamanda, seçicilərin fikir və təkliflərini dinləyib.

Qeyd edək ki, K.Əliyeva iki dəfə millət vəkili seçilib və YAP tərəfindən dəstəklənərək, 3-cü dəfə deputatlığa namizəd irəli sürülüb.

BDU-nun kafedra müdiri, professordur.

Ailəlidir, bir oğlu, bir qızı var.

Etikxeber.az

Read Previous

İlham Əliyev Qusmanı “Şərəf”lə təltif etdi – SƏRƏNCAM

Read Next

Azərbaycanın Korrupsiya Qavrama İndeksində yeri-AÇIQLANDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir