Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Milli Məclisin (MM) Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının (MDB PA) Sosial siyasət və insan hüquqları daimi komissiyasının iclasında iştirak etmək üçün oktyabrın 20-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfərə gedəcək.
Etikxeber.az xəbər verir ki, A. Rəhimzadənin sədrliyi ilə keçiriləcək tədbirdə IV Sankt-Peterburq Beynəlxalq əmək Forumuna hazırlıqla bağlı fikir mübadiləsi, model Əmək və Miqrasiya məcəllələri, “Qaçqınlar haqqında”, “MDB-yə üzv ölkələrdə sağlamlığın qorunması ilə bağlı uşaqların hüquqlarının təmin edilməsi haqqında” ,“Psixiatrik yardım və onun vətəndaşlara göstərilməsinin təminatı haqqında”, “Orqan donorluğu haqqında” model qanun layihələri, habelə “Vətəndaşların hüquqi statusu ilə bağlı məlumatların əldə edilməsi haqqında” tövsiyə xarakterli sənədlər müzakirə olunacaq.
İclasda təşkilati məsələlərə də baxılacaq.
Toplantıda Arif Rəhimzadə MDB-nin perspektiv model qanunvericilik planının 2016-2020-ci illər üzrə yekunları və 2020-2022-ci illər üzrə verilən təkliflər barədə və digər mövzularda məruzə edəcək.
Səfər oktyabrın 23-də başa çatacaq.
Etikxeber.az