“Liverpul” Virgil van Deyk ilə yeni müqavilə imzalamağa hazırlaşır – FOTO

İngiltərənin “Liverpul” klubunun rəhbərliyi komandanın niderlandlı müdafiəçisi Virgil van Deyk ilə yeni müqavilə imzalamağa hazırlaşır.

Etikxeber.az xəbər verir ki, klub rəhbərliyi Niderland millisinin kapitanına beş illik müqavilə və həftəyə 150 min funt sterlinq məvacib təklif etmək niyyətindədir.

Cari mövsümdə “Liverpul”un heyətində 36 oyunda meydana çıxan futbolçu üç qol vurub və iki məhsuldar ötürmə edib.

Onun “Liverpul” klubu ilə hazırkı müqaviləsi 2023-cü ilədək qüvvədədir.

Etikxeber.az

Read Previous

Yunan-Roma güləşi üzrə Azərbaycan millisi tarixi uğura-İMZA ATDI – FOTO

Read Next

MDB mədəniyyət paytaxtı ilinin rəsmi açılışı-OLACAQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir