“Məktəbimiz öz imicini qoruyub saxlayıb…” – DEPUTAT TƏHSİL ALDIĞI LİSEYİN 50 İLLİYİNDƏN YAZDI – FOTOLAR

1985-ci ildə məzun olduğumuz kimya-bioloğiya təmayüllü 5 saylı internat məktəbinin ( indi kimya-biologiya liseyi) 50 illik yubileyi təntənəli şəkildə qeyd olundu. Mütəxəssislər kimi formalaşmağımızda, güclü baza təhsili almağımızda zəhmət çəkmiş, əməyi keçmiş  məktəbin müəllimlərinə təşəkkürümü bildirirəm, işlərində, pedaqoji fəaliyyətlərində uğurlar arzulayıram.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Azər Badamov deyib.

“Sevindirici hal odur ki, məktəbimiz öz imicini, nüfuzunu qoruyub saxlayıb.

Bu gün də ölkəmizin ən nüfuzlu təhsil ocaqlarından, liseylərindəndir.

Fəxr edir və qürur hissi keçirirəm ki, belə bir məktəbin, liseyin məzunu olmuşam.

Bütün məzunlarımızı yubiley münasibəti ilə təbrik edir və məktəbimizə uğurlu gələcək arzulayıram”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

Təhsil kreditləri məsələsi yenə düyünə düşdü-MÜZAKİRƏLƏRDƏN ÇIXARILDI

Read Next

UEFA Çempionlar Liqasının beşinci turunun ilk oyun günü – NƏTİCƏLƏR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir