Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
1985-ci ildə məzun olduğumuz kimya-bioloğiya təmayüllü 5 saylı internat məktəbinin ( indi kimya-biologiya liseyi) 50 illik yubileyi təntənəli şəkildə qeyd olundu. Mütəxəssislər kimi formalaşmağımızda, güclü baza təhsili almağımızda zəhmət çəkmiş, əməyi keçmiş məktəbin müəllimlərinə təşəkkürümü bildirirəm, işlərində, pedaqoji fəaliyyətlərində uğurlar arzulayıram.
Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Azər Badamov deyib.
“Sevindirici hal odur ki, məktəbimiz öz imicini, nüfuzunu qoruyub saxlayıb.
Bu gün də ölkəmizin ən nüfuzlu təhsil ocaqlarından, liseylərindəndir.
Fəxr edir və qürur hissi keçirirəm ki, belə bir məktəbin, liseyin məzunu olmuşam.
Bütün məzunlarımızı yubiley münasibəti ilə təbrik edir və məktəbimizə uğurlu gələcək arzulayıram”-deyə, o, əlavə edib.
Etikxeber.az