“Maska, sosial məsafə, sosial məsuliyyət-onlar təhlükəli ınfeksiyanı bizə yaxınlaşmağa qoymayan sipərdir”-EKS MİLLƏT VƏKİLİ DƏ ÇAĞIRIŞ ETDİ

İyun ayının 14-15-də paytaxt Bakı da daxil olmaqla ölkəmizin 9 şəhər və rayonlarında tam gapanma tədbirlərinə qərar verildi. Həyati vacib sahələrdə işləyən bəzi şəxslər istisna olmaqla, əhalinin küçəyə çıxması, yaşayış yerlərini tərk etməsi qadağan edildi. Əlbəttə ki, bu qərar elə-belə verilməyib. Koronavirusa yoluxmalarla bağlı son günlərin statistikası, onun yayılma coğrafiyası, epidemioloji vəziyyətin dərin təhlili hökuməti bu qənaətə gəlməyə, hərəkətin məhdudlaşdırılması ilə bağlı sərt addımlar atmağa vadar etdi.

Etikxeber.az xəbər verir ki, bunu sabiq deputat Mayis Səfərli deyib.

Onun sözlərinə görə, hər şey bizim həyatımızı və sağlamlığımızı qorumaq üçün edilir.

“Kütləvi yoluxmalarin qarşısının alınması üçün, pandemiyadan əvvəlki həyatımıza daha tez dönə bilməyimiz üçün hər birimiz tələb olunan qaydalara, tövsiyələrə riayət etməliyik. Maska, qoruyucu vasitələr, sosial məsafə, sosial məsuliyyət-onlar təhlükəli ınfeksiyanı bizə yaxınlaşmağa qoymayan sipərdir. İyunun 9-da modul tipli daha üç yeni xəstəxananın açılışında iştirak edən Prezident İlham Əliyev də dönə-dönə ölkəmizin vətəndaşlarını bu sadə qaydalara əməl etməyə çağırıb. Allah hamımızı qorusun!”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

“Dövlətimiz COVID-19 pandemiyası ilə mübarizədə bütün imkanlarını səfərbər edib…”-MİLLƏT VƏKİLİ

Read Next

“Parlament diplomatiyasının strategiyası olmalıdır: Qarşıya qoyulan məqsədə nail olmalıyıq”-ELNUR ALLAHVERDİYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir