Mattarellalar “Şöhrət”, Milanesi “Dostluq” ordeni ilə təltif edildi – SƏRƏNCAM(LAR)

Ölkə prezidenti İlham Əliyev Laura Mattarellanın “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında  Sərəncam imzalayıb.

Etikxeber.az-ın xəbərinə görə, Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında humanitar əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə Laura Mattarella “Şöhrət” ordeni ilə təltif edilsin.

Prezident digər Sərəncamları iləsə Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanı “Heydər Əliyev”, Azərbaycan Respublikasının İtaliya Respublikası ilə dövlətlərarası münasibətlərinin möhkəmləndirilməsində böyük xidmətlərinə görə İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Enzo Moavero Milanesini “Dostluq” ordeni ilə təltif edib.

Etikxeber.az

 

Read Previous

“SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodunun açılışı oldu- FOTO

Read Next

Çempionlar Liqası: “Qarabağ” növbəti mərhələdə – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir