Mikayıl Müşfiq təhqir olundu, etirazlar ard-arda gəldi…

Neçə gündü Mikayıl Müşviqi oxuyuram. Çox mənasız adam olub. Tam səmimi deyirəm.

Etikxeber.az-ın xəbərinə görə, bunu öz “Facebook” statusunda Elşad Barat adlı bir gənc şair yazıb.

E. Barat iddia edib ki, onun (yəni, Mikayıl Müşfiqin -red) bu qədər tanınmağı, böyük şair kimi hörmətə sahib olması təsadüfdür.

mikayil musfiq

“Tam onun öldüyü yaşdayam. Mənim bu yaşda düşündüklərim bəllidir. O isə, çox qıjı düşüncənin adamı olub.
Düşüncəsi 15 yaşlı qaqaş düşüncəsindən aşağıymış. Mənə elə gəlir, onun bütün şeirləri mənim bir şeirimə dəyməz.
Sadəcə, o, nakam ölüb deyə, camaatın ona yazığı gəlir”.

Qeyd edək ki, statusun yazılmasından ötən bir neçə saat ərzində yüzlərlə insan həmin statusa şərh yazaraq, E. Baratı kəskin şəkildə tənqid edib, etirazını bildirib. Eyni zamanda, onlarla insan bu statusa etiraz əlaməti olaraq, öz statuslarında E. Baratı boykot etməyə çağırıblar.

Tanınmış ziyalı, yazıçı- dramaturq Firuz Mustafa isə E. Baratı ilk öncə Mikayıl Müşfiqin soyadını düzgün yazmağı öyrənib, sonra onun haqqında fikir bildirməyə çağırıb:

“Ə…əvvəla, dahi şairin adını düzgün yazın. “Müşviq” yox, Müşfiq, yəni şəfəq.
İkincisi də, ölənlərin ruhuna toxunmayın”.

ELSHADDDDD

elshad

Etikxeber.az

Read Previous

Daxili Qoşunların düzgün istiqamətdə təşkil olunması çox əhəmiyyətli məsələdir – RAMİL USUBOV – FOTO

Read Next

Əliyev Monteneqro parlamentinin sədrini qəbul etdi – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir