Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Millət vəkilləri vətəndaşlar, seçiçilərlə dövlət arasında canlı körpü rolunu oynamaqdan usanmamalıdır. Onların qaldırdıqları məsələləri ən yüksək dövlət orqanlarına çatdırmaqdan çəkinməməlidir“.
Etikxeber.az xəbər verir ki, bunu professor, Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyeva dilə gətirib.
Onun sözlərinə görə, əksər millət vəkili kimi, o da bu günlərdə 26 sentyabr referendumu ilə bağlı yerlərdə, əsasən də təmsilçisi olduğu, Ucar-Zərdab bölgələrində olur, seçiçilərlə, yerli sakinlərlə sıx-sıx görüşür, söhbətlər, müzakirələr aparır.
“Bu söhbətlərdə, müzakirələrdə də insanlara referendum, Konstitusiyaya dəyişikliklərlə bağlı qaranlıq qalan məqamlar izah olunur. Bu müzakirələrdən, görüşlərdən də gəlinən qənaət budur ki, insanlar, seçiçilər referenduma, dəyişikliklərə hazırdır, onlar hər zaman olduğu kimi, yenə də dövlətin yanındadırlar, dövlət rəhbərliyinin, ölkə başçısının yeritdiyi siyasəti dəstəkləyir və müdafiə edirlər.
Bu, Azərbaycan insanının, Azərbaycan seçiçisinin öz dövlətinə nə qədər bağlı olduğunu bir daha əyani şəkildə sübut edir. Bu baxımdan da, hər kəs, xüsusən də, biz millət vəkilləti bu dönəmdə daha fəal olmalı, daha çox çalışmalıyıq“-deyə, J. Əliyeva daha sonra sözlərinə əlavə edib.
Etikxeber.az