Millət vəkilləri növbəti dəfə testdən keçirilirlər-ONLARDAN ANALİZLƏR GÖTÜRÜLÜR – YENİLƏNİB – (1)

Millət vəkilləri koronavirus pandemiyası ilə bağlı növbəti testdən, müayinədən keçirilirlər.

Etikxeber.az-a daxil olan məlumata görə, bu gün bir neçə millət vəkili Milli Məclisdə (MM) müayinıdən, testdən keçiriləcək, onlardan analiz götürüləcək.

Artıq onlardan bəziləri təyin edilmiş vaxtla əlaqədar MM-ə gəlib və testdən, müayinədən keçirilməyə başlanılıblar.

Bu proses sabah da davam edəcək.

Qeyd edək ki, millət vəkillərindən artıq biri-tanınmış politoloq və jurnalist Sahib Alıyev koronavirus pandemiyasına yoluxub, millət vəkili özü də faktı rəsdiqləyib.

Eyni zamanda, başqa bir millət vəkilinin koronavirusa yoluxduğu xəbəri yayılsa da, əksər millət vəkilləri tərəfindən bu, təkzib olunur.

Onu da qeyd edək ki, iki gündən sonra, iyunun 23-də MM-in növbəti plenar iclası keçiriləcək.

Millət vəkili, MM Aparatının əməkdaşları, jurnalistlər yenə tibbi maskalar və əlcəklərdən istifadə edəcək, sosial məsfəni gözləyəcəklər.

13:09

***

Millət vəkillərinin artıq bir neçəsindən analiz-yaxma götürülüb.

Bunu saytımıza açıqlamasında millət vəkili Kamilə Əliyeva da təsdiqləyib.

O, özünün də bir az öncə MM-dən gəldiyini, bir çox həmkarı kimi, testdən, müayinədən keçirildiyini bildirib.

13:25

***

“Milli Məclisdə “COVİD 19” karonavirus infeskiyası ilə bağlı Milli Məclis Aparatının, eyni zamanda, millət vəkillərinin arasında mütəmadi olaraq testlər aparılır. İyunun 21-də Milli Məclis Apartının əməkdaşlarından, eyni zamanda millət vəkillərindən “COVİD 19″ infeksiyası ilə bağlı profilaktik test nümunələri alınıb”.

Bu isə MM-in Mətbuat Xidmətinin yaydığı məlumatda əksini tapıb.

Etikxeber.az

Read Previous

“Birinci katibimiz günlərin birində pencəyimin yaxasını düymələmədiyimə görə mənə iradını çatdırdı…”-JURNALİST HACI RAFİQ KEÇDİYİ YOLDAN, MƏNZİL PROBLEMİNDƏN YAZDI

Read Next

İqtisadçı alimin zəngin və mənalı ömür yolu-QORXMAZ İMANOV VƏ VAHİD NOVRUZOV ZİYAD SƏMƏDZADƏ HAQQINDA YAZDILAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir