MM-in iclası-ƏZİZ ƏLƏKBƏRLİ ERMƏNİSTANDAN OLAN AZƏRBAYCANLILARA TƏZMİNAT ÖDƏNİLMƏSİ, ƏLİ MƏSİMLİ TESTLƏRİN QİYMƏTLƏRİNİN AŞAĞI SALINMASI MƏSƏLƏSİNİ QALDIRDI… – YENİLƏNİB – (2)

Milli Məclisin (MM) növbəti plenar iclası öz işinə başlayıb. 

Etikxeber.az-ın məlumatına görə, iclasın gündəliyində  5 məsələ var.

İclasın gündəliyinə daxil edilən məsələlər aşağıdakılardır:

1. Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik  edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

2. “Şərti maliyyə vahidi haqqında” Azərbaycan Respublikası Qanununun ləğv edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

3. “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında”, “Banklar haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

4.”Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnaməyə” dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun haqqında layihəsi (ikinci oxunuş).

5.Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 15 illiyi (2005-2020)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

İclasa spiker Sahibə Qafarova sədrlik edir.

Onu da qeyd edək ki, parlamentin növbəti iclas(lar)ında 2021-ci ilin dövlət və icmal büdcəsinin müzakirəsi gözlənilir.

Müzakirələrdə Baş nazir Əli Əsədov da daxil olmaqla hökumət üzvlərinin iştirakı gözlənilir.

10:59

***

İclas cari məsələlərin müzakirəsi ilə öz işini davam etdirir.

Millət vəkillərindən Razi Nurullayev, Zahid Oruc, Fazil Mustafa çıxış ediblər.

11:11

***

Millət vəkili Əziz Ələkbərli Ermənistandan olan azərbaycanlıların deportasiyasına hüquqi-siyasi qiymət verilməsinin başa çatdırılmasının vacibliyini bildirib.

O, qeyd edib ki, Ermənistandan olan, qaçqın düşən, deportasiya edilən azərbaycanlıların ya yenidən öz dədə-baba yurdlarına qayıdışı təmin edilməli, ya da həmin insanlara 70 illik təzminat ödənilməlidir.

“Hesab edirəm ki, bu məsələni mütləq şəkildə həll etməli və onu başa çatdırmalıyıq”-deyə, o, əlavə edib.

11:19

***

Millət vəkili Əli Məsimli koronavirusla mübarizə məsələsində monopoliyaçılığa son qoyulmasının vacibliyini dilə gətirib.

Ə. Məsimli xüsusilə, testlərin qiymətlərinin yüksək olmasından narazılığını ifadə edib.

Bildirib ki, digər MDB ölkələri ilə müqayisədə Azərbaycan testlərin qiymətləri çox yüksəkdir və bu, aşağı salınmalıdır.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

İlham Əliyev Rusiyanın fövqəladə hallar nazirini-QƏBUL ETDİ – FOTO

Read Next

Siyavuş Novruzov yenidən müxalifətə-“İLİŞDİ”…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir