Milli Şura seçkilərə gedəcək, yoxsa yenə – BOYKOT YOLUNU TUTACAQ? – BƏYANAT

Milli Şura bildirir ki, bu tədbirlərin həyata keçirilməsi üçün vaxt da var və bunlar edilmədən yeni seçki keçirməyin heç bir mənası olmayacaq. Ona görə də hakimiyyət təcili qaydada bu minimum islahatları həyata keçirməlidir. Bu tədbirlər həyata keçiriləcəyi təqdirdə Milli Şura seçkilərdə iştirak edəcək.

Etikxeber.az xəbər verir ki, bu fikirlər Azərbaycanda gözlənilən erkən parlament seçkiləri ilə bağlı Demokratik Qüvvələrin Milli Şurasının növbədənkənar toplantısın sonunda qəbul edilən bəyanatda yer alıb..

Qeyd edək ki, bəyanatda son proseslərə toxunulub.

Qeyd edilib ki, 28 noyabr 2019-cu ildə Yeni Azərbaycan Partiyasının Siyasi Şurası (YAP SŞ)  Milli Məclisdə təmsil olunan üzvlərinə mövcud parlamentin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün ölkə başçısına müraciət imzalamağı tövsiyə edən qərar qəbul edib və YAP-çı deputatlar artıq belə bir müraciətə imza atıblar. Beləliklə, gözlənilir ki, yaxın aylarda ölkədə erkən parlament seçkiləri keçiriləcək.

Milli Şura hesab edir ki, təcili şəkildə, indiki Milli Məclis buraxılmadan ən vacib seçki islahatları həyata keçirilməli və ölkədə minimum da olsa, seçki mühiti yaradılmalıdır.

İndi hakimiyyət seçki mühitinin yaranması üçün təcili addımlar atmalıdır ki, müxalifətin də iştirak edəcəyi və cəmiyyəti doğrudan da islahatlar istiqamətində aparacaq bir seçki keçirmək mümkün olsun. Milli Şura Azərbaycan cəmiyyətində dinc, demokratik inkişafa inam və ümid yarada bilən seçkilərdə iştiraka hazır və qalib gəlmək iddiasındadır.

Milli Şura seçki komissiyalarının iqtidarın, müxalifətin və namizədlərin təmsilçiliyilə yenidən formalaşdırmağa, namizədlərin qeydiyyatına yaradılan süni əngəllər aradan qaldırmağa İTV-də namizədlər üçün çıxış, partiyalar üçün debat imkanları bərpa etməyə, sərbəst toplaşma azadlığı Bakıda və regionlarda təmin edilməsinə çağırıb.

Bununla yanaşı Milli Şura hesab edir ki, seçki müşahidəçilərinin səslərin sayılması prosesinə nəzarət imkanı təmin olunmalı, seçki məntəqələrində tərtib edilən protokolların surətləri onlara verilməli,  seçki şikayətlərinə baxılma proseduru təkmilləşməli və şəffaf olmalıdır;

Milli Şura bildirir ki, bu tədbirlər həyata keçiriləcəyi təqdirdə seçkilərdə iştirak edəcək. Bu tədbirlər həyata keçirilməsə Milli Şura seçkiləri boykot edəcək.

Etikxeber.az

 

Read Previous

Millət vəkili TANAP-la bağlı nələrdən – DANIŞDI?

Read Next

YAP-ın təşəbbüsü, kadr dəyişiklikləri, TANAP VƏ YA HƏFTƏNİN 3 ÖNƏMLİ HADİSƏSİ – BAXIŞ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir