Milli komandaların FİFA reytinqi ilə bağlı siyahı açıqlanıb.
Etikxeber.az Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yığmamız ötən ayla müqayisədə 45 pillə irəliləyib. Hesabında 404 xal olan Azərbaycan yığması 88-ci pillədə qərarlaşıb.
Nəticədə komandamız Bolqarıstan, Qazaxıstan, Litva və Latviya kimi Avropa ölkələrini arxada qoyub.
Qeyd edək ki, növbəti reytinq cədvəli noyabrın 24-də açıqlanacaq.
Etikxeber.az