“Müəllimlərin işinə məsuliyyəti, məktəb-valideyn münasibətlərinin düzgün qurulması…” – DEPUTAT

Dünən feysbuk profilimdə Bərdə şəhəri 8 saylı məktəbin builki bir buraxılış sinfinin bütün məzunlarının ali məktəblərə qəbul olunması və bu münasibətlə məktəbin direktoru cənab Qənbər Ağayevə təbrik məktubu göndərməyim barədə məlumat yazmışdım. Elə dünən feysbuk dostlarımdan biri belə bir rekordun Bakı şəhər Yasamal rayonunda yerləşən 13 saylı məktəbin bir buraxılış sinfində də baş verdiyini yazdı. Bu gün Yasamal rayon İcra Hakimiyyəti ilə əlaqə saxladım və orada məlumatı təsdiqlədilər. Məktəbin bu ilki buraxılışının bir sinfinin 22 məzunun hamısı yüksək bal toplayaraq ali məktəblərə qəbul olunmuşlar.

Etikxeber.az xəbər verir ki, bunu  Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İcra Katibliyi siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə dilə gətirib.

O, qeyd edib ki, bu münasibətlə Bakı şəhər Yasamal rayonu 13 saylı məktəbin direktoru Yaqut Sadıqovaya təbrik məktubu ünvanlayıb.

Etikxeber.az həmin məktubu olduğu kimi, təqdir edir:

aydinnn

“Hörmətli Yaqut xanım !

Sizin məktəbin bu ilki bir buraxılış sinfinin bütün məzunlarının yüksək bal toplayaraq ali məktəblərə qəbul olunması xəbərini böyük maraqla qarşıladım.

Artıq respublikada siz daha bir məktəbsiz ki, bir sinfin məzunlarının hamısı qəbul imtahanında ən yüksək nəticələr göstəriblər.

Bir vətəndaş və deputat kimi təhsilimizin uğurlarına sevinir və Sizin məktəbin bu sevindirici nəticəsində məktəbinizdə tədris işinin düzgün qurulmasının böyük rol oynadığını vurğulamaq istəyirəm.

Müəllimlərin işinə böyük məsuliyyəti, məktəb-valideyn münasibətlərinin düzgün qurulması öz nəticəsini özünü bu ilki rekord uğurunuzda göstərmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsilə göstərdiyi yüksək qayğı bütün ölkə boyu təhsilimizin keyfiyyətinin yüksəlməsinə, ildən ilə daha yüksək nəticələrin qazanılmasına səbəb olur.

Bu böyük uğur münasibəti ilə Sizi, məktəbinizin hər bir müəllimini və kollektiv üzvünü ürəkdən təbrik edir, uğurlarınızın davamlı olmasını arzulayıram”.

Etikxeber.az

 

Read Previous

2 general-leytenant, 2 kontr-admiral, 1 general-mayor, “RƏŞADƏT”Lİ DSX RƏİSİ – SƏRƏNCAMLAR – SİYAHI

Read Next

“YEDDİ PARA – YAĞLIVƏND” – BAHAR MURADOVA HƏM YAZDI, HƏM ÇAĞIRIŞ ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir