Netanyahu yenidən-QƏLƏBƏ QAZANDI – YENİLƏNİB

İsrailin baş naziri Benyamin Netanyahunun rəhbərlik etdiyi partiya-Sağçı blok parlament seçkilərində qalib gəlib.

Etikxeber.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, onun liderlik etdiyi Likud (Lixud) Partiyası-Sağçı blok parlamentdəki yerlərin böyük bir qismini əldə edib.

Belə ki, ilkin açıqlamalara görə, onun partiyasının-lideri olduğu blokun 60-dan çox deputat yeri qazandığı məlum olub.

Bununla bağlı B. Netanyahu sosial şəbəkə hesabında israillilərə təşəkkürünü də bildirib

***

B. Netanyahu parlament seçkilərinin nəticələrini yəhudi dövləti üçün böyük qələbə adlandırıb və tərəfdarlarına onu dəstəklədikləri üçün təşəkkürünü bildirib.

Bildirib ki, onun “Likud” partiyasının qələbəsi “öz yoluna inam” gətirib.

İsrail telekanallarında “exit-poll” “Likud” partiyasının qələbə qazandığını bildirir.

Bundan başqa, İsrail televiziyasının 11,12, 13-cü kanallarının proqnozuna görə, Netanyahunu dəstəkləyən sağlar və dini partiyalar parlamentdə 120 yerdən 60-na ümid bəsləyə bilər.

İsrailin “Kan” dövlət radiosu vurğulayır ki, dayanıqlı koalisiyanın yaradılması üçün 61 deputatın dəstəyi lazımdır.

Səslərin hesablanmasının ilkin nəticəsi çərşənbə axşamında, yekunu isə bir həftədən sonra elan ediləcək.

Etikxeber.az

Read Previous

Sovetlər dövründə Azərbaycana rəhbərlik edənlər: ruslar, gürcülər, ermənilər, yəhudilər-AZƏRBAYCANILAR-AXUNDOVLAR, BAĞIROVLAR, HÜSEYNOV, YAQUBOV, MUSTAFAYEV, ƏLİYEV, VƏZİROV, MÜTƏLLİBOV…

Read Next

Ceyms Bondun 25-ci filmini qeyd etmək üçün qızıl sikkə buraxılacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir